Asteroid gəlir!!!

07.06.2014 - 01:45

22:22

İyunun 8-də yerin yaxınlığından asteroid
keçəcək. Milli.Az xəbər verir ki, bu barədə El Televiziyasına Şamaxı
Astrofizika Rəsədxanasının elmi katibi Vaqif Xəlilov
məlumat verib. O deyib ki, yerin milyon kilometr aralığından keçəcək
“Antixrist” adlandırılan asteroidin uzunluğu 325, eni 60 metrdir. İlk
dəfə bu il aprel ayının 23-də müşahidə olunan asteroidin yerə heç bir
təsiri olmayacaq: “Bu asteroidin yerə heç bir təhlükəsi yoxdur. O indi
elə məsafədədir ki, onu yalnız güclü teleskoplar vasitəsilə müşahidə
etmək mümkündür”.
———
09:59
Ölçüsü
325 metr olan, “Antixrist” adı verilmiş asteroid bazar günü Yerə
yaxınlaşacaq. Milli.Az Rusiya mətbuatına istinadən xəbər verir ki,
Antixristlə Yer planeti arasındakı məsafə 1 milyon kilometrdən bir qədər
artıq olacaq.
Asteroid planetimiz üçün təhlükə törətmir.
Bununla belə, ekspertlər qeyd edirlər ki, indiyə qədər Yer yaxınlığından
keçən bu qədər böyük obyekt müşahidə olunmamışdı. Həmin obyekt aprelin
23-də aşkarlanıb. İndiki obyekt ötən il Çelyabinsk şəhərinə düşən
meteoritdən 10 dəfə böyükdür. Bütün bunları nəzərə alan alimlər Yer
planetinin hər zaman kənar obyektlərin “hücumu”na məruz qala
biləcəyindən narahatdırlar.

https://i0.wp.com/www.cumhuriyyet.net/wp-content/plugins/sociofluid/images/google_16.png?w=500 https://i0.wp.com/www.cumhuriyyet.net/wp-content/plugins/sociofluid/images/facebook_16.png?w=500 https://i0.wp.com/www.cumhuriyyet.net/wp-content/plugins/sociofluid/images/yahoobuzz_16.png?w=500 https://i0.wp.com/www.cumhuriyyet.net/wp-content/plugins/sociofluid/images/twitter_16.png?w=500

Short URL: http://www.cumhuriyyet.net/?p=8131

XƏBƏR LENTİ

virtual_roadi

Рейтинг@Mail.ru

Telefon:077 333 90 09
E-mail:cumhuriyyetqezeti@gmail.com;
Sayt "Yeni Cumhuriyyət" qəzetinin rəsmi internet saytıdır.
Saytın yazılarından istifadə olunan zaman istinad və yazının linkinin göstərilməsi zəruridir
Hazırladı - "QURDQANLI" DSGN

en son xeberler

Aprel 2023
BE ÇA Ç CA C Ş B
 12
3456789
10111213141516
17181920212223
24252627282930