Şənbə günü hava necə olacaq?
İyunun 7-də Azərbaycan ərazisində hava şəraiti haqqında məlumat
Bakıda və Abşeron yarımadasında
havanın dəyişkən buludlu olacağı, arabir tutulacağı, gün ərzində,
əsasən, yağmursuz keçəcəyi gözlənilir. Gecə və axşam bəzi yerlərdə zəif
duman olacaq.
Temperaturun gecə 16-21В°, gündüz 28-33В°, bəzi yerlərdə 35В° isti, Bakıda gecə 18-20В°, gündüz 30-32В° isti olacağı gözlənilir.
Atmosfer təzyiqi 756 mm civə sütunu, nisbi rütubət gecə 70-75, gündüz 45-50 faiz təşkil edəcək.
Dəniz
suyunun temperaturu Abşeron çimərliklərində – Sumqayıt, Novxanı,
Pirşağı, Nardaran, Bilgəhdə 21-22В°, Zuğulba, Mərdəkan, Şüvəlan,
Buzovnada 22-23В°, Türkan, Hövsan, Şıx və Şahildə 23-24В° isti təşkil
edəcək.
Naxçıvan Muxtar Respublikasında hava, əsasən, yağmursuz keçəcək. Lakin gecə və axşam bəzi yerlərdə şimşək çaxacağı, qısamüddətli yağış yağacağı ehtimalı var.
Temperaturun gecə 13-18В°, gündüz 28-33В° isti olacağı gözlənilir.
Yuxarı Qarabağ: Xankəndi, Şuşa, Xocalı, həmçinin Xocavənd, Qubadlı, Zəngilan, Laçın, Kəlbəcər və Daşkəsən-Gədəbəy rayonlarında hava, əsasən, yağmursuz keçəcək. Lakin gecə və axşam bəzi yerlərdə şimşək çaxacağı, qısamüddətli yağış yağacağı ehtimalı var.
Temperaturun gecə 8-13В°, gündüz 21-26В° isti olacağı gözlənilir.
Qazax, Gəncə, Goranboy, Tərtər, Ağdam, Füzuli və Cəbrayıl rayonlarında gün ərzində hava, əsasən, yağmursuz keçəcək.
Temperaturun gecə 14-19В°, gündüz 27-32В° isti olacağı gözlənilir.
Balakən, Zaqatala, Qax, Şəki, Oğuz, Qəbələ, İsmayıllı, Ağsu, Şamaxı, Siyəzən, Şabran, Xızı, Quba, Xaçmaz və Qusar rayonlarında
gün ərzində hava, əsasən, yağmursuz keçəcək. Lakin gecə bəzi yerlərdə
şimşək çaxacağı, qısamüddətli yağış yağacağı ehtimalı var.
Temperaturun gecə 14-19В°, gündüz 26-31В° isti olacağı gözlənilir.
Mərkəzi-Aran:
Mingəçevir, Yevlax, Göyçay, Ağdaş, Kürdəmir, İmişli, Ağcabədi,
Beyləqan, Sabirabad, Biləsuvar, Saatlı, Şirvan, Hacıqabul, Salyan və
Neftçala rayonlarında hava, əsasən, yağmursuz keçəcək.
Temperaturun gecə 16-21В°, gündüz 30-35В° isti olacağı gözlənilir.
Masallı, Yardımlı, Lerik, Lənkəran və Astara rayonlarında gün ərzində hava, əsasən, yağmursuz keçəcək.
Temperaturun
gecə 14-18В°, gündüz 28-33В°, bəzi yerlərdə 35В° isti, dağlarda gecə
11-15В° isti, gündüz 21-25В° isti olacağı gözlənilir.
Short URL: http://www.cumhuriyyet.net/?p=8132