Əvəz Zeynallıya qəzet verilmir

07.06.2014 - 02:30

Pentensiar
Xidmət siyasi məhbusun 40 qəpiyini oğurlayır

Pentensiar
Xidmət siyasi məhbusun 40 qəpiyini oğurlayır
 

 

Azərbaycan
həbsxanalarında qanunsuzluq pik həddə çatıb. Rüşvət və korrupsiyanın hökm
sürdüyü sistem artıq məhbusların adi hüquqlarına belə məhdudiyyət qoyur. Bu
sırada xüsusilə siyasi məhbusların müntəzəm olaraq qəzetlə təmin olunması
problemi də durur.

“Yeni
Cumhuriyyət”ə daxil olan məlumata görə hazırda 10 saylı Cəzaçəkmə Müəssisəsində
saxlanılan “Xural” qəzetinin baş redaktoru Əvəz Zeynalıya qəzet verilməsinə
qadağa qoyulub. Ə. Zeynalının yaxınlarının verdiyi məlumata görə, bir nemə
gündür heç bir əsas gətirilmədən baş redaktora çatacaq qəzetlər geri
qaytarılır. Bu olayın son əfv sərəncamından və millət vəkili İlyas İsmayılovun
Əvəz Zeynallının azadlığa çıxması məsələsini qabartmasından dərhal sonraya
təsadüf etməsi isə xüsusilə maraq doğurur.

Onu
da bildirək ki, Ə.Zeynallı bir neçə qəzetə abunə edilib və ona qəzet
çatdırılmaması faktik olaraq Pentensiar Xidmətin siyasi məhbusun 40 qəpiyini
oğurlamasıdır. Məsələ ilə bağlı həm Pentensiar Xidmət, həm də 10 saylı
Cəzaçəkmə Müəssisəsi ilə əlaqə saxlamaq istəsək də zənglərimizə cavab verən
olmadı. Bununla belə məsələni diqqətdə saxlayacağıq.

Xatırladaq
ki, Əvəz Zeynallı siyasi sifariş əsasında Bakı Ağır Cinayətlər Məhkəməsinin
hökmü ilə 9 il müddətinə azadlıqdan məhrum edilib. 2011-ci il oktyabrın 28-də tutulan
Əvəz Zeynallı külli miqdarda rüşvət alma və vergi ödəməkdən yayınmada təqsirli
bilinib. Bakı Apellyasiya Məhkəməsi bu hökmü qüvvədə saxlayıb.

Yeni Cumhuriyyet
https://i0.wp.com/www.cumhuriyyet.net/wp-content/plugins/sociofluid/images/google_16.png?w=500 https://i0.wp.com/www.cumhuriyyet.net/wp-content/plugins/sociofluid/images/facebook_16.png?w=500 https://i0.wp.com/www.cumhuriyyet.net/wp-content/plugins/sociofluid/images/yahoobuzz_16.png?w=500 https://i0.wp.com/www.cumhuriyyet.net/wp-content/plugins/sociofluid/images/twitter_16.png?w=500

Short URL: http://www.cumhuriyyet.net/?p=8133

XƏBƏR LENTİ

virtual_roadi

Рейтинг@Mail.ru

Telefon:077 333 90 09
E-mail:cumhuriyyetqezeti@gmail.com;
Sayt "Yeni Cumhuriyyət" qəzetinin rəsmi internet saytıdır.
Saytın yazılarından istifadə olunan zaman istinad və yazının linkinin göstərilməsi zəruridir
Hazırladı - "QURDQANLI" DSGN

en son xeberler

Mart 2023
BE ÇA Ç CA C Ş B
 12345
6789101112
13141516171819
20212223242526
2728293031