Bir kollec direktorunun həsəd aparılacaq gəlirləri

07.06.2014 - 11:10

Bakı Dövlət Sosial-Iqtisad Kollecində rüşvət bataqlığı


Bakı
Dövlət Sosial-İqtisad Kollecində bütün tələbələrdən imtahan pulu tələb
olunur.  Tələbənin oxuyub oxumamasından asılı olmayaraq imtahanlardan
qiymət ala bilmək üçün minimum 300 manat ödəməlidir. 
Bu
barədə Kollecdə təhsil alan tələbələrdən məlumat daxil olub.
 Tələbələrin bildirdiyinə görə Kollecdə bir qayıba görə 7 manat
ödəyirlər.  Imtahanların verilməsi üçünsə hər bir tələbə mütləq şəkildə
300 manat ödəməlidir. Bu barədə tapşırığın birbaşa Kollecin direktoru
Ilham Vəliyevin tapşırıq verdiyi və bütün rüşvət mexanizminin birbaşa
direktorun rəhbərliyi ilə ifarə olunduğu bildirilir. 
Xatırladaq
ki,  Bakı Dövlət Sosial-İqtisad Kollecinin  direktoru Mübariz Mahmudov
və daha bir neçə nəfər ötən ilin fevral ayında antikorrupsiya əməliyyatı
zamanı həbc olunmuşdu.  O tələbələrdən rüşvət aldığına ğörə həbs
olunmuşdu. Bu barədə Baş Prokurorluq Mətbuat Xidmətinin yaydığı
məlumatda bildirilirdi.  Görünür ki,  Mübariz Mahmudovu əvəz edən Ilham
Vəliyev sələfinin taleyindən nümunə ğötürə bilməyib. Çünki tələbəlırin
bildirdiyinə görə Ilham Vəliyev Mübariz Mahmudovdan daha çox korrupsiya
bataqlığına çevirib. 
Qeyd edək ki, Bakı
Sosial-İqtisad Kollecinə 130 müəllim, 1500 yaxın tələbə var. Onlardan
1000 yaxını əyani qalanları isə qiyabi təhsil şöbədə təhsil alırlar.
Kollecdə İnformatika müəllimliyi, Hüquq mühafizə fəaliyyəti, Dizayn,
Mühasibat uçotu, Maliyyə işi, Bank işi, Menecment, Gömrük işi və Yol
Hərəkətinin təşkili fakultələri fəaliyyət göstərir.
Yəni
ortalama Ilham Vəliyev hər semesterdə təkcə imtahan pullarından yarım
milyona yaxın vəsait əldə edir.  Bura hələ mənimsənilən dövlıt
vəsaitlıri aid deyil.  Həmçinin daxil olan məlumatda bildirilir ki,
 Ilham Vəliyev qayıblardan qazandığı gəli hər ay təqribın 100 min manat
civarında olur.  Etiraf etməliyik ki,  Ilham müəllimin bu qədər
asanlıqla bu qədər böyük “təmiz gəlirinə” dünyaca ünlü iş adamları belə
həsəd aparar.  
Qarşı tərəfin mövqeyini dərc etməyə hazırıq…(pia.az)
https://i0.wp.com/www.cumhuriyyet.net/wp-content/plugins/sociofluid/images/google_16.png?w=500 https://i0.wp.com/www.cumhuriyyet.net/wp-content/plugins/sociofluid/images/facebook_16.png?w=500 https://i0.wp.com/www.cumhuriyyet.net/wp-content/plugins/sociofluid/images/yahoobuzz_16.png?w=500 https://i0.wp.com/www.cumhuriyyet.net/wp-content/plugins/sociofluid/images/twitter_16.png?w=500

Short URL: http://www.cumhuriyyet.net/?p=8138

XƏBƏR LENTİ

virtual_roadi

Рейтинг@Mail.ru

Telefon:077 333 90 09
E-mail:cumhuriyyetqezeti@gmail.com;
Sayt "Yeni Cumhuriyyət" qəzetinin rəsmi internet saytıdır.
Saytın yazılarından istifadə olunan zaman istinad və yazının linkinin göstərilməsi zəruridir
Hazırladı - "QURDQANLI" DSGN

en son xeberler

Mart 2023
BE ÇA Ç CA C Ş B
 12345
6789101112
13141516171819
20212223242526
2728293031