Yevlaxda başçı müavinlərinin qovğası

07.06.2014 - 11:14

Yevlaxrayon İcra Hakimiyyətinin başçısı Qoca Səmədovun iki müavini yola getmir

Yevlaxrayon İcra Hakimiyyətinin başçısı Qoca Səmədovun iki müavini yola getmir

Hətta iş o yerə çatıb ki, müavinlər küçədə, insanların gözü qarşısında ağızlaşıblar.
Yevlax rayon İcra
Hakimiyyətinin birinci müavini ilə başçının müavini-Sosial-İqtisadi
inkişafın təhlili və proqnozlaşdırılması şöbəsinin müdiri Namiq
Süleymanov arasında insident yaranıb. İnsidentə səbəb isə Yevlaxda
asfaltlama işləri aparıldığı zaman Namq Süleymanovun fəhlələrlə kobud
davranması və görülən işlərə yersiz müdaxiləsi olub. Qənimət Qaraşov isə
Namiq Süleymanovun yersiz müdaxiləsinə qarşı sərt çıxıb. 
Məlumat
verən mənbə bildirir ki, icra hakimiyyətinin şəhər təsərrüfat şöbəsinin
keçmiş müdiri Müstəqim Məmmədovun icra başçısı təyinatından sonra onun
işlərini Namiq Süleymanov həyata keçirməyə başlayıb. Şöbə müdirinin bu
hərəkəti icra başçısının birinci müavini Qənimət Qaraşovun ciddi
etirazına səbəb olub. Bildirilir ki, bir neçə gün öncə Yevlax şəhərinin
girəcəyindəki yolların asfaltlanması zamanı Qənimət Qaraşovla Namiq
Süleymanov arasında söz söhbət yaranıb. Namiq Süleymanov asfaltlanma
işində lazımsız göstərişlər verməsi və işə müdaxilə etməsi hərəkətləri
birinci müavin Qənimət Qaraşovun səbrini tükəndirib. Başçı müavinin şöbə
müdirinə “yaxşısı budur öz işinlə məşğul ol, imkan ver işləsinlər”
sözündən sonra Namiq Süleymanovun “tapança” kimi açıldığı deyilir. Amma
Qənimət Qaraşov şöbə müdirinə daha sərt üz göstərməsi Namiq Süleymanovu
geri çəkilməyə və hadisə yerini tərk etməsi ilə sonunclanıb.
Daxil
olan məlumata görə son zamanlar Qoca Səmədovun iki müavini arasında
gərginlik hökm sürür. Gərginliyə səbəb isə Tərtərə icra başçısı gedən
Müstəqim Məmmədovun mirasına sahib çıxmaqdır. Belə ki, şəhər təsərrüfatı
şöbəsinin müdiri və eyni zamanda başçının müavini olan Müstəqim
Məmmədov Yevlaxda aparılan bütün abadlıq işlərini öz əlində cəmləmişdi.
Hazırda isə abalıq işlərinin aparılması işlərinə rəhbərlik etmək
uğurunda iki müavin arasında mübarizə başlayıb. Çünki abalıq işlərindən
bir qayda olaraq böyük vəsaitlər mənimsənilir. Yəni iki müavinin “davası
yorğan davasıdır”. Daha doğrusu hər iki müavin abalıq işlərindən əldə
olunan qanunsuz gəlirlərə nəzarəti ələ keçirməyə çalışır.
Mənbəninin
bildirdiiyinə görə bir müddət əvvəl Goranboy rayonuna başçı gedəcəyini
bildirən Namiq Süleymanov indi Yevlaxdakı abalıq işlərinə rəhbərlik
etməklə həmçinin Bakının və Prezident Adminstrasiyasının diqqətini özünə
cəlb etmək istəyir. Çünki Namiq Süleymanovun başçı olmaq istəyini
gözündə qoyan məsələ 7 ay əvvəl Yevlaxda baş vermiş “çepedir”. Belə ki,
keçən il noyabr ayında Namiq Süleymanovun qohumu olan Yevlax
Yaşıllaşdırma İdarəsinin müdiri Etibar Əliyevin oğlunun “avtoşluğunun”
qarşısını alan polis işçilərini döyməsi və təhqir etməsi nəticələnən
insident hələ də unudulmayıb. Buna görə Namiq Süleymanov bir neçə saat
polis idarəsində saxlanılmış və yalnız Bakıdan gələn zəngdən sonra
başçının müavini azad olunmuşdu. İnsidentdən sonra isə Bakıdan gələn
təlimata əsasən Yevlax Yaşıllaşdırma İdarəsinin müdiri Etibar Əliyev
“avtoş” oğluna görə vəzifədən alınmışdı.
Yazıda adı keçən şəxslərin mövqeyini dərc etməyə hazırıq…(pia.az)

Short URL: http://www.cumhuriyyet.net/?p=8139

XƏBƏR LENTİ

virtual_roadi

30.08.2024Uğurun memarı
Рейтинг@Mail.ru

Telefon:077 333 90 09
E-mail:cumhuriyyetqezeti@gmail.com;
Sayt "Yeni Cumhuriyyət" qəzetinin rəsmi internet saytıdır.
Saytın yazılarından istifadə olunan zaman istinad və yazının linkinin göstərilməsi zəruridir
Hazırladı - "QURDQANLI" DSGN

en son xeberler

Mart 2025
BE ÇA Ç CA C Ş B
 12
3456789
10111213141516
17181920212223
24252627282930
31