40 yaşlı kişi ilə evlənən 8 yaşlı qız toy gecəsi öldü

08.11.2016 - 14:20

rrYəməndə 40 yaşlı kişi 8 yaşlı qızla ailə həyatı qurub. Cumhuriyyet.az ölkə.az-a istinadən xəbər verir ki, 8 yaşlı gəlin toyun səhəri gün vəfat edib. Onun ölümünə səbəb isə toy gecəsi cinsi akt zamanı aldığı zədələr olub. İnsan hüquqlarını qoruyan təşkilatlar gəlindən yaşca 5 dəfə böyük olan bəyi həbs etməyi tələb edirlər. Livan qəzetləri hadisənin Yəmənin şimali-qərbində, Səudiyyə Ərəbistanı ilə sərhəddə yerləşən Hard əyalətində baş verdiyini yazır. Bu məsələ dünya ictimaiyyətinin diqqətini yenə də Yaxın Şərq regionunda erkən nikahlar mövzusuna cəlb edib.
BMT-nin hesabatlarına görə, 2011-2020-ci illər arasında 140 milyon qız uşağı erkən nikaha daxil olacaq. Bundan başqa, 140 milyon qızdan 50 milyonunun yaşı 15-dən aşağı olacaq. Yəməndə qızların 25%-i 15 yaşına çatmamış ərə verilir. Onlar normal tibbi xidmət və təhsildən məhrum edilirlər. Bundan əlavə, nikaha daxil olan körpələr fiziki və mənəvi zorakılığa məruz qalırlar.

Short URL: http://www.cumhuriyyet.net/?p=81407

XƏBƏR LENTİ

virtual_roadi

30.08.2024Uğurun memarı
Рейтинг@Mail.ru

Telefon:077 333 90 09
E-mail:cumhuriyyetqezeti@gmail.com;
Sayt "Yeni Cumhuriyyət" qəzetinin rəsmi internet saytıdır.
Saytın yazılarından istifadə olunan zaman istinad və yazının linkinin göstərilməsi zəruridir
Hazırladı - "QURDQANLI" DSGN

en son xeberler

Fevral 2025
BE ÇA Ç CA C Ş B
 12
3456789
10111213141516
17181920212223
2425262728