Poroşenko bu gün and içəcək

07.06.2014 - 11:24

Ukraynada bu gün ölkənin yeni seçilmiş prezidenti Pyotr
Poroşenkonun andiçmə mərasimi keçiriləcək. Mərasimdən sonra Poroşenko
rəsmi olaraq dövlət başçısı vəzifəsini icra etməyə başlayacaq.
Prezidentin inaqurasiyası ilə əlaqədar paytaxt Kiyevdə hazırlıq işləri
görülüb. Kiyev qarşıdurmaları zamanı xarabalığa dönən Maydan meydanında
abadlıq işləri aparılıb. Yerlərə yeni müxtəlif formalı daşlar düzülüb,
hasarlar rənglənib və güllər əkilib.
Ölkə parlamentində isə, yeni prezidentin quracağı hökumət və idarəetmə forması müzakirəyə çıxarılıb. 
“Poroşenko
partiyamızın böyük dəstəyinə malikdir. İstənilən halda o, bizim
partiyamızın qurucularındandır. Düşünürəm ki, Poroşenko ölkənin şərqi
ilə qərbini barışdırmağı bacaracaq” – deyə Regionlar partiyasının millər
vəkili Anna German qeyd edib.
Prezidentin
inaqursaiya mərasiminə, eyni zamanda, Amerika Birləşmiş Ştatlarının
vitse-prezidenti Co Bayden və Avropa Şurasının prezidenti Herman Van
Rompöyün də qatılacağı gözlənilir.
Bu arada,
Kiyevdə isə, yeni mer Vitali Kliçkonun vəzifəsi artıq rəsmiləşib. UDAR
partiyasının lideri elə ilk gündən şəhərdə abadlıq işlərinə start
verəcəyini bildirib.
https://i0.wp.com/www.cumhuriyyet.net/wp-content/plugins/sociofluid/images/google_16.png?w=500 https://i0.wp.com/www.cumhuriyyet.net/wp-content/plugins/sociofluid/images/facebook_16.png?w=500 https://i0.wp.com/www.cumhuriyyet.net/wp-content/plugins/sociofluid/images/yahoobuzz_16.png?w=500 https://i0.wp.com/www.cumhuriyyet.net/wp-content/plugins/sociofluid/images/twitter_16.png?w=500

Short URL: http://www.cumhuriyyet.net/?p=8142

XƏBƏR LENTİ

virtual_roadi

Рейтинг@Mail.ru

Telefon:077 333 90 09
E-mail:cumhuriyyetqezeti@gmail.com;
Sayt "Yeni Cumhuriyyət" qəzetinin rəsmi internet saytıdır.
Saytın yazılarından istifadə olunan zaman istinad və yazının linkinin göstərilməsi zəruridir
Hazırladı - "QURDQANLI" DSGN

en son xeberler

Mart 2023
BE ÇA Ç CA C Ş B
 12345
6789101112
13141516171819
20212223242526
2728293031