Bakı ilə Vaşinqtonun münasibətləri daha da gərginləşdi
ABŞ-dan hakimiyyətlə bağlı daha bir sərt bəyanat

Kristofer Robinson bəyanat verərək Azərbaycandakı vəziyyəti region üçün
təhlükəli saydı; ölkədə insan haqlarının vəziyyəti də ciddi tənqid
olundu; müxalifət iqtidarı nəticə çıxarmağa səslədi
ABŞ-la
Azərbaycan hakimiyyəti arasında münasibətlərində yaranmış gərginlik hər
ötən gün daha da artır. ABŞ-ın Azərbaycandakı səfiri Riçard
Morninqstarın “Azadlıq” radiosuna müsahibəsində hakimiyyətə yönəlik
sərt tənqidlərdən sonra rəsmi Vaşinqtonun mövqeyini əks etdirən daha bir
sərt bəyanat verilib.
Vaşinqton müxbirinin verdiyi məlumata görə, ABŞ-ın ATƏT-də siyasi
müşaviri Kristofer Robinson iyunun 5-də Vyanada ATƏT Daimi Şurasında
“Azərbaycanda insan hüquqlarının davam edən pozuntuları” adlı bəyanat
səsləndirib.
ABŞ növbəti dəfə Azərbaycan hökumətini birləşmək və toplaşmaq, fikri
ifadə etmək və vicdan azadlıqları sahəsində beynəlxalq öhdəliklərinə
hörmət etməyə çağırılır. Qeyd edilir ki, Seçkilərin Monitorinqi və
Demokratiyanın Tədrisi Mərkəzinin rəhbəri Anar Məmmədlinin vergi
ödənişindən yayınma və qanunsuz sahibkarlıq, vəzifə səlahiyyətlərindən
sui-istifadə kimi şübhəli ittihamlarla 5 il yarım müddətinə həbs
edilməsi Vaşinqtonu çox narahat edir: “Hakimiyyət həmçinin təşkilatın
ictimai direktorunu və tərəfdaş QHT-nin rəhbərini də şübhəli
ittihamlarla mühakimə edib. Bu əməllər, o cümlədən digər son tədbirlər
Azərbaycanın dostlarını hökumətin səmimiliyi, demokratik inkişafa
sadiqliyi haqqında düşünməyə vadar edir.
həmçinin hakimiyyətin SDİ direktoru Leyla Yunusun və onun həyat
yoldaşının saxlanılmasından, pasportlarının əllərindən alınmasından,
onlara qarşı sonrakı təzyiqlərdən narahatıq. Bu, onların Börndə hüquq
müdafiə konfransında iştirakına mane olub. Leyla Yunus regionda xalq
diplomatiyası üzrə səylərin möhkəm əqidəli tərəfdarı idi. Onun və
jurnalist Rauf Mirqədirovun barəsində istintaq Azərbaycan vətəndaş
cəmiyyətinə, xüsusən Qarabağ münaqişəsinin dinc yolla həllinə yardım
etmək istəyənlərə mənfi təsir göstərir. Bu gün biz Azərbaycandakı
dostlarımızı ölkənin insan hüquqları və əsas azadlıqlar sahəsində
aparıcı rolunu geri qaytarmağa çağırırıq”.
daha sonra deyilir ki, Azərbaycan və ABŞ enerji tədarükü yollarının
müxtəlifləşdirilməsinə və regional təhlükəsizliyə yardıma sadiqdir: “Biz
Azərbaycanın Əfqanıstanda Beynəlxalq Koalisiyanın işinə töhfəsini
yüksək qiymətləndiririk. Biz Azərbaycanı açıq bazar iqtisadiyyatında və
Qarabağ münaqişəsinin sülh yolu ilə həllinin axtarışında dəstəkləyirik.
Avropa Şurası Nazirlər Komitəsində sədrliyi beynəlxalq ictimaiyyətdə
böyük məsuliyyət nəzərdə tutur və ABŞ demokratiyanın, insan hüquqlarının
və əsas azadlıqların inkişaf etdirilməsinə kömək etməyə hazırdır.
Təəssüf ki, vətəndaş cəmiyyətinin Azərbaycanda işləyə biləcəyi məkan
əvvəlki kimi hakimiyyət tərəfindən daraldılır və bu meyl getdikcə
güclənir ki, bu da regionda hərtərəfli təhlükəsizliyi təhlükəyə atır.
ölkədə demokratik inkişaf və uzunmüddətli sabitlik üçün həlledici
əhəmiyyət daşıyan daha açıq cəmiyyət yaradaraq, sabitliyi və
çiçəklənməni ən yaxşı şəkildə təmin edə bilər. Biz Azərbaycan hökumətini
siyasi plüralizm üçün şərtlərin möhkəmləndirilməsi üzrə işə başlamağa
və müstəqil KİV və vətəndaş cəmiyyəti üçün məkanı genişləndirməyə
çağırırıq”.
faktiki olaraq, Azərbaycandakı hazırkı vəziyyət regionda təhlükəsizliyə
təhlükə kimi qiymətləndirilir. Bu isə kifayət qədər sərt mövqe kimi
dəyərləndirmədir. Bəyanatdan belə anlaşılır ki, Vaşinqton artıq
Azərbaycandakı yaranmış siyasi vəziyyəti təhlükəli hesab edir.
münasibətlərinin son vaxtlar gərginləşməkdə davam etməsini şərh edən
Müsavat Partiyası Mərkəzi İcra Aparatının rəhbəri Arif Hacılı qeyd etdi
ki, Ukrayna hadisələrindən sonra postsovet məkanında avtoritar rejimlərə
münasibətin əsaslı şəkildə dəyişildiyi göz önündədir. İstər Avropa
Birliyi ölkələri, istər ABŞ demokratik cəmiyyət quruculuğu istiqamətində
fəaliyyət göstərən qüvvələrə dəstəyi artırıblar, eyni zamanda avtoritar
rejimlərə qarşı mövqeni sərtləşdiriblər.
düşünür ki, yaxın zamanlarda bunun ciddi nəticələri olacaq və
Azərbaycan hakimiyyəti bu bəyanatları qulaqardına vurmalıdır: “Çünki
dünyanın aparıcı güc mərkəzləri ilə konflikt şəraiti heç bir dövlətə və
heç bir hakimiyyətə uğurlu bir nəticə vəd etmir. Hətta nüvə silahına
malik olan, dünyanın güc mərkəzlərindən biri olan Rusiya kimi dövlətin
Qərb ölkələri ilə konflikt nəticəsində hansı problemləri yaşadığı göz
önündədir. Düşünürəm ki, apardığı bu siyasətə görə Rusiyanı daha ağır
nəticələr gözləyir.
inteqrasiya xəttini götürdüyünü ən azı deklorativ olaraq bəyan edib.
Azərbaycan hakimiyyəti indiki siyasi şəraitdə birmənalı olaraq bu
istiqamətdə addımlar atmalı, ölkədə fundamental insan haqlarının
pozulmasını durdurmalı, siyasi məhbusları azadlığa buraxmalı, siyasi
təşkilatların bərabərhüquqlu rəqabətinə şərait yaratmalı, sərbəst
toplaşma azadlığını təmin etməli və ölkədə demokratik seçkilərin
keçirilməsi üçün şəraitin yaradılması istiqamətində addımlar atmalıdır”.
rəsmisi hesab edir ki, yalnız bu halda Qərb dövlətlərinin Azərbaycana
münasibəti dəyişə bilər. Azərbaycan hakimiyyəti belə bir siyasət
yeridərsə, heç şübhəsiz ki, Qərb dövlətlərinin, Avropa Birliyi
dövlətlərinin Azərbaycana münasibəti dəyişəcək. Bu da Azərbaycanın
demokratik inkişafına səbəb olacaq.(musavat.com)
Short URL: http://www.cumhuriyyet.net/?p=8145