Səudiyyə Ərəbistandan Azərbaycana dəstək

07.06.2014 - 12:44

Azərbaycan Milli Məclisində
Azərbaycan-Səudiyyə Ərəbistanı parlamentlərarası əlaqələr üzrə işçi
qrupun üzvləri Bakıda səfərdə olan Səudiyyə Ərəbistanı-Azərbaycan
parlamentlərarası dostluq qrupunun üzvlərindən ibarət nümayəndə heyəti
ilə görüşüblər.

Parlamentdən verilən məlumata görə, görüşdə qrupun rəhbəri Fəttah Heydərov
Azərbaycanla Səudiyyə Ərəbistanı arasındakı dostluq və qardaşlıq
münasibətlərinin dini, mədəni, tarixi baxımdan dərin köklərə
əsaslandığını vurğulayıb.

F. Heydərov qeyd edib ki, dövlət rəsmilərinin, parlamentarların
qarşılıqlı səfərləri əlaqələrin möhkəmlənməsində mühüm rol oynayır.
Söhbət zamanı Dağlıq Qarabağ münaqişəsinə də toxunulub. Azərbaycanın
ərazi bütövlüyünü və suverenliyini daim dəstəklədiyinə görə Səudiyyə
Ərəbistanına təşəkkür bildirilib. Problemlə bağlı Azərbaycan-Səudiyyə
Ərəbistanı parlamentlərarası əlaqələr üzrə işçi qrupun üzvü, MM-in
Beynəlxalq münasibətlər və parlamentlərarası əlaqələr komitəsinin sədri
Səməd Seyidov qonaqlara ətraflı məlumat verib.

Səudiyyə Ərəbistanı-Azərbaycan parlamentlərarası dostluq qrupunun
rəhbəri Abdulla ibn Muhəmməd Ən-Nasir bildirib ki, Dağlıq Qarabağ
münaqişəsində ölkəsinin mövqeyi dəyişməzdir: “İslam dünyasının ayrılmaz
parçası olan Azərbaycanın haqlı mövqeyini daim dəstəkləyir, təcavüzkar
Ermənistanın işğal etdiyi torpaqlarda törətdiyi terror aktlarını,
həmçinin Azərbaycana məxsus mədəni abidələrin və tarixi izlərin yox
edilməsi istiqamətindəki fəaliyyətini qətiyyətlə pisləyirik. Bu cür
münaqişələrin həllində yalnız özümüzə, xalqlarımızın zəngin potensialına
güvənməliyik”.

Görüşdə tərəfləri maraqlandıran bir sıra məsələlər ətrafında fikir mübadiləsi aparılıb(apa).

Short URL: http://www.cumhuriyyet.net/?p=8147

XƏBƏR LENTİ

virtual_roadi

30.08.2024Uğurun memarı
Рейтинг@Mail.ru

Telefon:077 333 90 09
E-mail:cumhuriyyetqezeti@gmail.com;
Sayt "Yeni Cumhuriyyət" qəzetinin rəsmi internet saytıdır.
Saytın yazılarından istifadə olunan zaman istinad və yazının linkinin göstərilməsi zəruridir
Hazırladı - "QURDQANLI" DSGN

en son xeberler

Mart 2025
BE ÇA Ç CA C Ş B
 12
3456789
10111213141516
17181920212223
24252627282930
31