İsmayıllı həqiqətləri: Saman altdan kimlər su yeridir?

08.11.2016 - 22:48

ismayilliÖlkədə baş verənləri davamlı olaraq doğru-dürüst araşdırıb ictimaiyyəti dolğun məlumatlandıran KİV-lərin sayı günbəgün azalmaqdadır. Əslində özünü qərəzsiz hesab edən kiv istənilən situasiyada onu izləyənləri heyrətləndirməyi bacarmalıdır. Müasir jurnalistika texniki imkanlardan yararlanmaqla ən gizli saxlanılmış mövzuları cəmiyyətin üzünə açmaq iqtidarında olmalıdır. İctimaiyyətə təqdim olunan istənilən mövzu səmimi və qərəzsiz olmalıdır. Ancaq çox təəssüf ki, günümüzdə özünə əziyyət vermədən, heç bir araşdırma filan aparmadan, qeyri ciddi yazılar dərc edib, özünü cəmiyyətə operativ və qərəzsiz medya nümayəndəsi kimi sırımaq istəyənlər var.
Son günlər bir sıra arqument çatışmamazlığından əziyyət çəkən sayt və portallar, yenidən İsmayıllı üzərinə hücuma keçmək niyyətlərini açıqca biruzə verməkdədirlər. Bütün bu hücumlarda, qərəzli yazılarda “kənar əl”, “şeytan barmağı” dərhal hiss olunur. Uzun müddət İsmayıllıda siyasi rəhbərliyi gözdən salmaqla rayon rəhbərliyinə iddialı olan şəxslər, yekunda ağır məğlubiyyətə uğrayaraq İsmayıllıdan rədd olub getdilər. İndi də İsmayıllıdan uzaq məsəfələrdən çirkin niyyətləri üçün istifadə etdikləri dost-aşnalarını yenidən səfərbər ediblər ki, bəlkə heyf çıxa bilsinlər. Əslində ölkə boyu bütün sayt və digər kiv-lər yaxşı fərqindədirlər ki, İsmayıllıda böyük inkişaf və müsbətə doğru addımlar atılır. Buna görə də heç kəs,yəni vicdanı olan kəslər yalana, böhtana baş vurmağın mənasız olduğunu dərk edərək, İsmayıllı haqqında uydurmalara baş qoşmurlar.
Bir müddət öncə İsmayıllı haqqında tərif dolu materiallar dərc edən sayt və portallar, imza sahibləri qəflətən İsmayıllını pisləyəcək yazılar tirajlamağa başlayıblar. Qəribədir. Əcaba nə baş verdi ki, belə qənaət hasil etdiniz? Yazırsınız ki, İsmayıllıda narazılıq, korrupsiya var. Buna sübut göstərmək lazımdır. Ortada sübut olanda həmin cızma qara daha möhtəşəm oxucu kütləsi toplaya bilir. Əgər bu yoxdursa, deməli, ağ yalandır, qara piardır. Bəs son illərdə rayonda aparılan quruculuq, abadlıq işlərini nədən görməzdən keçirsiniz? Bəs harda qaldı ədalət hissi? Bəs harda qaldı jurnalist tərəfsizliyi? Niyə demirsiniz ki, İsmayıllıda asfaltlanmamış küçə barmaqla sayılası sayda qalıb? Yoxsa bunları da Nizami Ələkbərov edib? Mirdamət Sadıqovun hansı yaxın adamı var ki, milyonçu olub? Bunu ifşa etsəniz hamı sizlərə çox sağ ol deyər. Axı bu şər-böhtanlarla dolu yazılarınızla ilk növbədə öz nüfuzunuza zərbə vurursunuz. Axır bu insanlar milli mentalitet, yazılmamış qanunlar sərhəddini də aşaraq ictimai fəaliyyətlə şəxsi həyatı bir-birinə qatıblar. Məsələn bu günlərdə, icra başçısının oğlu Emin Sadıqovun İsmayıllı rayonu ərazisindən torpaq aıması, sonra bu torpağı satması haqda xəbərlər yayılıb.Biz də cumhuriyyet.az olaraq bu məsələ ilə bağlı bəzi xatırlatmaları etməyi vacib bildik:
Əvvəla, təqdim olunan sənədlərdən də görünür ki, bu torpağın alındığı dönəmdə M.Sadıqov İsmayıllı rayonunun icra başçısı olmayıb. Əslən İsmayıllı rayonundan olan bir şəxsin öz rayonundan torpaq almasında nə qəbahət iş var ki. Bu adamlar elə həmin dönəmdə Ələkbərovların İsmayıllı rayonunun tam şəkildə “Ay alan məmləkəti-Rey satıram” prinsipi ilə satışa çıxarmasını və rayon torpaqlarının ismayıllıllar üçün əlçatmazlığa çevrildiyini nə tez unutdular?
İkincisi, təqdim olunan digər bir sənəddə icra başçısının bu torpağı satdığı göstərilir. Amma, “faktlarla, sənədlərlə” danışdığını iddia edən şəxslər rlə həmin sənədlərdə göstərilən 1000(min) manatı öz təxəyyülləri ilə 150 dəfə artırırlar. Niyə? Hansı məntiq və məqsədlə?
Sadəcə sizlərə sifariş verən gədalar ağına-bozuna baxmadan bunların qeyd olunmasını istəyirlər. Gərçəkdən onların sizə heç bir hörməti yoxdur. Olsa idi, belə yalanları sifarış edərək sizlərə qarşı cəmiyyətdə ikrah hissi yaratmazdılar.
Üçüncüsü, cənablar ayağınızı İsmayyılıdan kənara qoyun bir. Bir neçə sot nədir ki, icra başçıları, onların övladları, yaxınları var ki bütün rayonu şəxsi mülkünə çevirib, villaları göz oxşayır. Rayonda ata mülkündən başqa bir tikilisi olmayan icra başçısının bu rayonda vəzifədə olmadığı dönəmdə oğlunun torpaq alması bu qədərmi böyük görünür sizə? Belə yerdə deyiblər eee, Allahınız olsun!
Dördüncüsü, təqdim edilən sənədlər dövlət sənədləridir. Bunları mediada dərc olunması üçün gizli mənbə kimi ötürən şəxslərin məqsədi, məramı sizə aydın deyilmi? Başa düşmürsüzmü həmin şəxslərin oyunlarında alətə, vasitəyə çevrilmisiz? Məlum İsmayıllı olaylarında sadə ismayıllıların yanında olan, onların bir çoxunu hətta həbsxanadan qurtaran həmin gizli mənbələr deyildi cənablar. Bir neçə il öncənin həqiqətlərin nə tez unutduz?
…Və nəhayət Beşinci, Sizlər heç digər rayonların rəhbərləri ilə Mirdamət Sadıqov arasında müqayisə aparmısınızmı? Niyə vicdanlı, dürüst adamlara şər atırsınız? Hər şey cəhənnəmə, ilahi mühakimədən qorxmursunuzmu? Toyu, yası, ev tikən və digər şəxslərə ürəkdən kömək əlini uzadan şəxsə qarşı aparılan qara piar kompaniyası inanın ki, ədalətsizliyin pik nöqtəsidir. Medya ictimai rəyin formalaşmasında ən mühüm rol oynayır. Onda gəlin medyanı şər-böhtan yazmaqla ölkə insanının gözündən salmayaq. Hansısa dividenti əldə etmək üçün medianı ləkələməyə haqqımız çatmır.
Mirdamət Sadıqov bəziləri kimi saxtakar deyil. Bəziləri kimi üzündə təbəssüm, ancaq ürəyində elə, obaya nifrət etmir və bu gün o, İsmayıllı rayon icra hakimiyyti üçün ən uğurlu rəhbərdir və bacardığı səviyyədə də işləyir. Bizim sözümüz başqalarının əlində balta kimi istifadə olunan sapı özümüzdən olanlara, qərəzli media orqanlarınadır. Dostlar, inanın ki, sizdən Mirdamət müəllimə qarşı istifadə edirlər. Bu şəxslər sonradan sizə lağ da edirlər. Bunların fikri rayonda qarışıqlıq yaratmaqdır. Onlar bu məkrli oyunlara sizləri qatırlar. Ona görə də maksimum dərəcədə bu oyunlardan çəkinin, kimlərinsə əlində başqalarına qarşı dəyənək olmayın. Bu şəxs özünü təkcə icra başçısı yox, həm də bu elin oğlu hesab edir. Belə bir adama şər atmaq, haqqında böhtan danışmaq, ədalətsizcəsinə mühakimə etməyi nə bəndə, nə də Allah götürməz.

Nəsimi

Short URL: http://www.cumhuriyyet.net/?p=81472

XƏBƏR LENTİ

virtual_roadi

30.08.2024Uğurun memarı
Рейтинг@Mail.ru

Telefon:077 333 90 09
E-mail:cumhuriyyetqezeti@gmail.com;
Sayt "Yeni Cumhuriyyət" qəzetinin rəsmi internet saytıdır.
Saytın yazılarından istifadə olunan zaman istinad və yazının linkinin göstərilməsi zəruridir
Hazırladı - "QURDQANLI" DSGN

en son xeberler

Fevral 2025
BE ÇA Ç CA C Ş B
 12
3456789
10111213141516
17181920212223
2425262728