Sabah Bakıda 34 dərəcə isti olacaq

07.06.2014 - 13:00

İyunun 8-də Bakı və Abşeron yarımadasında hava şəraitinin dəyişkən buludlu olacağı, əsasən yağmursuz keçəcəyi gözlənilir.
Ekologiya və Təbii Sərvətlər
Nazirliyinin Milli Hidrometeorologiya Departamentinin Hidrometeoroloji
Proqnozlar Bürosunun direktor müavini Gülşad Məmmədova
açıqlamasında bildirib ki, gecə və axşam bəzi yerlərdə zəif duman
olacaq. Cənub küləyi əsəcək, günün ikinci yarısında mülayim şimal küləyi
ilə əvəz olunacaq. Havanın temperaturu gecə 17-22, gündüz 29-34 dərəcə
isti olacaq.

İyunun 8-də Azərbaycanın əksər rayonlarında hava şəraiti əsasən
yağmursuz keçəcək. Lakin gecə və axşam bəzi dağlıq rayonlarda şimşək
çaxacağı, qısamüddətli yağış yağacağı ehtimal olunur. Qərb küləyi
əsəcək. Havanın temperaturu gecə 17-22, gündüz 30-35, dağlarda gecə
8-13, gündüz 21-26 dərəcə isti olacaq.

Short URL: http://www.cumhuriyyet.net/?p=8148

XƏBƏR LENTİ

virtual_roadi

30.08.2024Uğurun memarı
Рейтинг@Mail.ru

Telefon:077 333 90 09
E-mail:cumhuriyyetqezeti@gmail.com;
Sayt "Yeni Cumhuriyyət" qəzetinin rəsmi internet saytıdır.
Saytın yazılarından istifadə olunan zaman istinad və yazının linkinin göstərilməsi zəruridir
Hazırladı - "QURDQANLI" DSGN

en son xeberler

Mart 2025
BE ÇA Ç CA C Ş B
 12
3456789
10111213141516
17181920212223
24252627282930
31