Sakarya Universitetində Qarabağ müzakirələri
Azərbaycan Kültür Evində və Kocaeli Kitabsevərlər Dərnəyində də Qarabağ guşəsi yaradıldı
Akif Nağı və qurumun İdarə Heyətinin Qarabağ Təbliğat Turu layihəsi
çərçivəsində Türkiyəyə etdiyi səfər zamanı növbəti görüşü Kocaeli
Universitetində baş tutdu.
gəlmiş nümayəndə heyətini ali təhsil ocağının Fizika kafedrasının
müdiri, professor Elşən Vəli qəbul etdi. Moskva Dövlət Universitetini
bitirmiş E.Vəli dedi ki, əslən Naxçıvandandır: “Mənim ürəyimdə bir vətən
həsrəti var, ona görə sizi görüb çox sevindim. Orta məktəbi Naxçıvanda
bitirmişəm. 1993-cü ilin sonu bir illik işləmək üçün gəldim, artıq 21-ci
ildir burada işləyirik. Həyat yoldaşımın da universitetdə çalışır”. QAT
sədri A.Nağı dedi ki, Azərbaycandan kənarda istənilən bir azərbaycanın
uğurunu görəndə çox sevinir: “Siz Azərbaycanın başının ucalığısınız”.
Qurumun Türkiyəyə səfərinin məram və məqsədlərindən bəhs edən A.Nağı
Azərbaycan həqiqətlərinin yayılması işində Kocaeli Universitetindən də
dəstək gözləyir.
Qara dənizin isə 50 km-də olan universitet füsunkar bir ünvanda
qərarlaşıb. Şəhər mərkəzinin 10 km-də yerləşən Kocaeli Universitetinin
70 min tələbəsi var. Burada dünyanın 20-dək ölkəsindən, o cümlədən
Azərbaycandan 150-yədək tələbə təhsil alır. Universitetdə oğlan və qız
yataqxanaları, xəstəxana fəaliyyət göstərir. 13 fakültəsi olan təhsil
ocağında 215 professor, 218 dosent, 418 yardımçı dosent var. Professor 5
min, laborant 2400 lirə maaş alır. Universitetin restoranı, hovuzu var.
Əsas korpusdan xeyli uzaqda, dağın başında, meşələrin qoynunda yeni
korpus tikilir.
pulsuz təhsil alır. Yalnız axşam təhsili alanlar təhsil haqqı ödəyir.
“Bizim universitet Türkiyəmizin ən yaxşılarındandır. Tələbə sayına görə
üçüncü böyük universitetdir” deyə, E.Vəli bildirdi. O, söhbət zamanı
bildirildi ki, Univüersitetdə Qarabağ sərgisinin açılması üçün
rektorluğun icazə verməsi tələb olunur. Yaxın 3-4 ayda rektor
seçkilərinin olacağını deyən E.Vəli məsələ ilə bağlı səlahiyyətli
şəxslərlə danışacağını bildirdi.
kitabxanasının müdiri Pərihan Semerci dedi ki, təhsil ocağının
kitabxanası davamlı internetlə təmin olunub. Kitabxananın təhlükəsizlik
xidməti də yüksək səviyyədə çalışır. Eyni zamanda 100-dək kompüter
internetlə təmin olunaraq tələbələrin ixtiyarına verilib. Kitabxananın
bir bölümündə “Erməni sorunu” adı altında guşə yaradılıb və bununla
bağlı kitablar toplanıb. QAT sədri Akif Nağı dedi ki, Qarabağ sorunu adı
altında guşənin yaradılmasını da arzulayır. Kitabxana müdiri buna hər
hansı etirazının olmadığını bildirdi, “Qarabağ bizim də problemimizdir”
dedi. Bundan sonra müxtəlif dillərdə nəşr olunmuş kitablar kitabxanaya
təqdim olundu.
sahilində, füsunkar mənzərəli ünvanda qərar tutmuş Sakarya
Universitetində oldu. Universitetin kitabxanasının direktoru Mustafa
Eşmeli QAT təmsilçilərini səmimi qəbul etdi. Sakarya Universiteti
Azərbaycan Tələbə Təşkilatının başqanı Müşfiq Cəbrayılov təhsil ocağında
160 tələbənin təhsil aldığını bildirdi. QAT sədri A.Nağı dedi ki,
Universitet kitabxanasında Qarabağ bölümünün də yaradılmasını arzulayır.
Kitabxana müdiri qeyd etdi ki, bu kitabları bir müddət sərgisini
keçirəcəklər, ondan sonra isə dolablara toplayacaqlar. QAT İdarə
Heyətinin üzvü İlqar Əli bildirdi ki, adətən ermənilər dünyaya saxta
məlumatların yayılmasında daha çox fəallıq edirlər. Onların
saxtakarlığını alt-üst etməkdən ötrü Azərbaycan və Türkiyənin müvafiq
qurumlarının, həmçinin Türkiyə universitetlərinin fəaliyyətinin
gücləndirilməsi olduqca zəruridir. QAT üzvləri Fəridə Əsgərova, İlqar
Əli, təşkilatın Türkiyə təmsilçisi Cəfər Dal və digərləri çıxış etdilər.
Sonda universitetin kitabxanasına Qarabağ həqiqətlərinə dair kitablar
təqdim olundu və həmin kitabların əsasında kitabxanada Qarabağ
informasiya guşəsi yaradıldı. Kitabxana rəhbərliyi yaxın vaxtlarda
Qarabağ mövzusunda kitablardan ibarət sərgi açacaqlarını bildirdi.
Universitetində də dünyanın 30-dək ölkəsindən gəlmiş 70 minə yaxın
tələbə təhsil alır. Toplantıda universitetdə təhsil alan azərbaycanlı
tələbələr də iştirak edirdi. Mirsəccad Mirizadə, Malik Əlihüseyinov
təhsilin qaydasında olduğunu qeyd etdilər. Magistratura təhsili alan
tələbələr illik 258 lirə ödəyirlər. Tələbələr düzənlədikləri tədbirlərə
Azərbaycan səfirlik və baş konsulluğunun tədbirlərini də dəvət
etdiklərini, onların da bir sıra hallarda tədbirlərə qatıldığını qeyd
etdilər.
175 min kitab toplanıb və Azərbaycana aid nəşrlər də var. Təəssüf ki,
belə nəşrlər olduqca azdır. 11 min ha ərazisi olan Universitetdə eyni
vaxtda minlərlə tələbə təhsil almaq imkanına malikdir. Mustafa bəy dedi
ki, türk tarixçiləri erməni yalanlarını ifşa etmək üçün 24 cildlik nəşr –
“Tarixdə türklər və ermənilər” kitabını hazırlayırlar və saxta soyqırım
iddialarını alt-üst etmək üçün bu kitabın özəl yeri olacaq. Artıq
kitabın 10 cildi nəşr olunub.
Dərnəkləri Federasyonunun təşkilatçılığı ilə İzmitdə Azərbaycan Kültür
Evində QAT rəhbərliyi və Türkiyənin QHT rəhbərlərinin iştirak etdiyi
dəyirmi masada da Qarabağ müzakirələri davam etdirildi.
Türkiyədə Qarabağ həqiqətlərinin yayılması, iki qardaş ölkə arasındakı
münasibətlərin daha yüksək səviyyədə inkişafı, türk toplumaları arasında
əlaqələrin daha da dərinləşdirilməsi, paralel olaraq Türkiyəni də
təhdid edən erməni iddialarına qarşı birgə fəaliyyətin davam
etdirilməsi,
vəziyyəti barədə müzakirələr aparılıb. Sonda Qarabağ həqiqətlərindən
bəhs edən kitablar təqdim olunub və Kültür Evində Qarabağ guşəsi
yaradılıb. A.Nağı Türkiyənin xalq şairi Seyfəddin Kayalıya Qarabağı
simvolizə edən xatirə hədiyyəsi təqdim etdi.
üzvləri daha sonra Kocaeli valisinin müavini Şükrü Çakırla görüşdü.
Görüşün sonunda valiliyin himayə etdiyi Kitabsevərlər Dərnəyinin
kitabxanasına Qarabağ həqiqətlərinə dair kitablar təqdim edildi, həmin
kitablardan ibarət guşə yaradıldı
Short URL: http://www.cumhuriyyet.net/?p=8149