Ukrayna azərbaycalıları Krım tatarları ilə birləşir

07.06.2014 - 14:02

İcma nümayəndələri Mustafa Cəmilovla görüşüb birgə fəaliyyət imkanlarını müzakirə etdilər

Dünən Kiyevdə azərbaycanlı icmasının fəalları Krım tatarlarının
liderləri ilə görüşüblər. Görüşdə Mustafa Cəmilov, Krım Tatarları
Məclisinin başqanı Rufat Çubarov, Azərbaycan icmasının liderlərindən
Yalçın Qəhrəmanoğlu və başqaları iştirak ediblər. Görüş
azərbaycanlıların təşəbbüsü ilə baş tutub. “Azadlıq”  görüşün
təfərrüatları ilə bağlı Yalçın Qəhrəmanoğlundan məlumat alıb. “Əlbəttə,
biz eyni soydan olduğumuz Krım tatarlarının indiki gərgin durumu ilə
bağlı narahatıq və bu görüş də əslində, birinci deyil. Bu dəfəki görüşdə
səsləndirilən təkliflər onu nəzərdə tutur ki, Ukraynada Krım
tatarlarının və Azərbaycanlıların fəaliyyət imkanlarının birləşdirilməsi
üçün hansı konkret addımları mümkündür. Əslində, bu müstəvidə çox ciddi
ənənələr də var ki, biz bunu müzakirələr zamanı da səsləndirdik. Axı,
20-ci əsrin əvvəllərində başlayan maarifçilik və müstəqillik hərəkat
zamanı azərbaycan ziyalıları ilə tatarların ziyalı elitası eyni mərkəzdə
birləşiblər və onlar bu xalqların taleyinə eyni prizmadan yanaşıblar.
Hətta sonrakı mərhələlərdə, kütləvi repressiyalar zamanında da bu
xalqlara düşmən olan bolşevizm onları bir-birindən ayırmayıb. Görüş
zamanı qərara gəldik ki, bu müzakirələri davam etdirək və birgə
fəaliyyət üçün gərəkən hər şeyi edək. Təbiii ki, fürsətdən istifadə edib
biz Mustafa Cəmilovu bu günlərdə layiq görüldüyü ali mükafat münasibəti
ilə təbrik etdik və bildirdik ki, bu beynəlxalq etimad Krım
tatarlarının azadlıq mübarizəsinə olduqca böyük töhfədir”. 

azadliq.info

https://i0.wp.com/www.cumhuriyyet.net/wp-content/plugins/sociofluid/images/google_16.png?w=500 https://i0.wp.com/www.cumhuriyyet.net/wp-content/plugins/sociofluid/images/facebook_16.png?w=500 https://i0.wp.com/www.cumhuriyyet.net/wp-content/plugins/sociofluid/images/yahoobuzz_16.png?w=500 https://i0.wp.com/www.cumhuriyyet.net/wp-content/plugins/sociofluid/images/twitter_16.png?w=500

Short URL: http://www.cumhuriyyet.net/?p=8152

XƏBƏR LENTİ

virtual_roadi

Рейтинг@Mail.ru

Telefon:077 333 90 09
E-mail:cumhuriyyetqezeti@gmail.com;
Sayt "Yeni Cumhuriyyət" qəzetinin rəsmi internet saytıdır.
Saytın yazılarından istifadə olunan zaman istinad və yazının linkinin göstərilməsi zəruridir
Hazırladı - "QURDQANLI" DSGN

en son xeberler

Mart 2023
BE ÇA Ç CA C Ş B
 12345
6789101112
13141516171819
20212223242526
2728293031