FHN əhaliyə xəbərdalıq etdi
Xidməti (DSXX) çimərlik mövsümü ilə bağlı vətəndaşlara xəbərdarlıq edib.
Bunu Trend-in sorğusuna cavab olaraq DSXX-nın Təbliğat və təşkilat
sektorunun müdiri Mansur Piriyev deyib ki, ötən il Xidmət tərəfindən
rəsmi çimərliklərdə 550 xəbərdaredici, maarifləndirici, məlumatlandırıcı
dəmir lövhələr quraşdırılıb: “Bu lövhələrdə yerin quruluşu, daşlı və ya
qumlu olması, suyun dərinliyi və s. ilə bağlı məlumatlar verilir.
Bundan əlavə 600-yə yaxın suyadavamlı maarifləndirici plakatlar çap
olunaraq çimərliklərdə və çimərliyə gedən yolların üzərində
quraşdırılır. Qeyri-çimərlik ərazilərində və ya çimərliyin qadağan
olunduğu yerlərə gəlincə, əldə olunmuş razılığa görə, artıq rayon icra
hakimiyyətləri və yerli bələdiyyələr tərəfindən həmin yerlərdə insanları
maarifləndirmək üçün lövhələrin quraşdırılmasına başlanacaq”.
müdiri vətəndaşlara müraciət edərək, onlara rəsmi çimərliklərdə
istirahət etmələrini tövsiyə edib: “Bütün rəsmi çimərliklərdəki
xilasetmə məntəqələrində Bakı şəhər Təcili və Təxirəsalınmaz Tibbi
Yardım Stansiyası (BŞTTTYS) ilə birgə iş sayəsində hər gün səhər saat
9:00-dan axşam saat 9:00-dək “Təcili Tibbi Yardım” maşınları olur. Ona
görə də insanlara müraciət edərək bildiririk ki, rəsmi çimərliklərdə
çimsinlər. Bu, onların təhlükəsizlikləri üçün vacibdir. Təbii ki,
qeyri-çimərlik ərazilərində də hər hansı hadisə baş verdikdə dərhal ən
yaxın məntəqədən xilasedicilərlə yanaşı həmin “Təcili Tibbi Yardım”
maşınları da hadisə yerinə göndərilir. Bununla belə vətəndaşlara
özlərinin və dorğmalarının təhlükəsizliyi naminə rəsmi çimərliklərdən
istifadə etmələri tövsiyə olunur”.
ki, Azərbaycanda çimərlik mövsümünə rəsmən iyunun 8-dən etibarən start
veriləcək. Ölkə üzrə rəsmi çimərliklərdə fəaliyyət göstərən DSXX-nin 42
struktur bölməsi isə artıq mayın 23-dən başlayaraq gücləndirilmiş iş
rejiminə keçib.
Short URL: http://www.cumhuriyyet.net/?p=8153