Ziya Məmmədov hörümçək torunda
NN şefi hakimiyyətdə rəsmən kök salıb

olaraq bildirmişdi ki, orta əsr feodal düşüncəsindən, tayfa
psixologiyasından qurtulmadan tərəqqiyə, müasir inkişafa nail olmaq
mümkün deyil.
Həqiqətən
də tərəqqiyə nail olmağın yolu müasir düşüncədən keçir. Ancaq çox
təəssüf ki, bəzi iri çaplı məmurlar vəzifədə qalmağın yolunu öz
ərtafında iri qohumluq çətiri, qudalar şəbəkəsi yaratmaqda görürlər. Və
belə bir şəbəkəni özləri üçün gələcək təminat hesab edirlər. Lakin başa
düşmürlər ki, ölkə başçısının etimadını doğrultmayan məmur hətta “Papa
ilə qohum” olsa da xeyri yoxdur, günün birində ölkə başçısı ona etimad
limitinin bitdiyini bildirəcək.
İndi
isə ölkənin iri məmurlarından olan nəqliyyat naziri Ziya Məmmədovun
ətrafındakı hörümçək toruna bənzəyən qudalar şəbəkəsinə nəzər salaq. İlk
öncə şəbəkənin kənarından-ətəyindən tutub mərkəzə doğru irəliləyək. Bu
şəbəkənin ətəyində əslən Tovuzdan olan iş adamı Akif Qurbanov dayanır.
Qafqaz Xəbər Agentliyi (qafqaznews.az) bildirir ki, Ziya Məmmədovun
qardaşı, keçmiş fəxri dəmiryolçu Nəriman Məmmədovun oğlu Namiq Məmmədov
Asif Qurbanovun qızının əridir. Sonuncunun oğlu isə Nərimanın baldızı
qızı ilə evlidir.
Asif
Qurbanov bir müddət Tovuz və Ağstafa rayonlarının dəmiryolu
stansiyalarının polis rəisi işləyib. Sonralar sistemdən uzaqlaşaraq
biznesə girişib. İndi isə qudalar şəbəkəsinin digər “qanad”ına nəzər
salaq. Asif Qurbanovin qardaşı iş adamı Akif Qurbanov isə Milli Məclisin
deputatı Fərhad Qəribovla qudadır. Belə ki, Akif Qurbanovun oğlu Vüqar
Fərhad Qəribovun kürəkənidir.
Bir
müddət əvvəl Akif Qurbanovun oğlu Vüqar və onun qayınları, yəni Fərhad
Qəribovun oğlanları Zöhrab və Elnur daxili işlər orqanlarında (DİO)
“təcrübə keçmək” qərarına gəliblər. Yeri gəlmişkən onu da qeyd edək ki,
son illər bəzi “papaların gül balaları” DİO-da çalışmağa “belində
tapança gəzdirmək…macəra axtarmaq…və s. ” kimi baxırlar.
Bəli,
Akif Qurbanovun oğlu, millət vəkili Fərhad Qəribovun kürəkəni Vüqar
Qurbanov bir müddət Bakı BPİ-in Narkotiklərlə Mübarizə Şöbəsinin
əməliyyat müvəkkili vəzifəsində çalışıb.
Ancaq
sonradan DİN zabitinin qara qünləri başlayıb. Mənbənin bildirdiyinə
görə Vüqar istirahət edərək odlu tabel silahını itirir. Həmin vaxt
hörmətli Məhərrəm Əliyev Bakı BPİ-nin rəisi olub. Vüqar başa düşüb ki,
kimin oğlu, ya da qudası olmağına baxmayaraq cənab Məhərrəm Əliyev onu
bağışlamayacaq. Bakı BPİ-də Vüqar barəsində başlayan xidməti yoxlama
zamanı Vüqar yalandan deyir ki, guya silahını ictimai tədbirdə itirib.
Ancaq təhqiqatçılar ona başa salır ki, Məhərrəm Əliyevin əmrinə əsasən
ictimai tədbirdə odlu silah qəzdirmək qəti qadağandır.
Bu
məqamda “qudalar şəbəkəsi”nin başqa bir füqurunu təqdim edək. Fərhad
Qəribovun qudası ( keçmiş ) isə “SUM” ticarət mərkəzinin direktoru,
millət vəkili Ərəstun Cavadovdur. Qafqaz Xəbər Agentliyinin
(qafqaznews.az) əldə etdiyi məlumata görə axırda “tapança məsələsi”nə
Ərəstun Cavadov qarışmalı olur və problem həllini tapır, Vüqar Qurbanov
cəzadan yayına bilir və hətta Sabunçu RPİ-in 13- cü polis bölməsinə rəis
müavini göndərilir. Orada bir müddət xidmət edəndən sonra nədənsə
DİN-dən öz xahişi ilə uzaqlaşdırılır.
Ən
maraqlısı odur ki, həmin vaxt Vüqarın qayınları olan Zöhrab və Elnur
Qəribov qardaşları da ( millət vəkili Fərhad Qəribovun oğlanları )
DİN-dən təcili olaraq xaric olunurlar.
Məlumat
üçün bildirək ki, Zöhrab Qəribovun sonuncu xidməti vəzifəsi DİN-in Baş
CAİ-də baş əməliyyat müvəkkili və qardaşı Elnurun vəzifəsi isə Nərimanov
RPİ-in 17-ci polis bölməsinin rəisi müavini olub.
Short URL: http://www.cumhuriyyet.net/?p=8157