Astarada vəziyyət kritik həddə çatmaq üzərədir
Narazı rayon sakinləri icra başçısını fitə basdılar
üzrə nümayəndəliyinin Tüləküvan kəndində yerli əhalinin səyyar qəbulunu
keçirən Rayon İcra Hakimiyyətinin başçısı Qəzənfər Ağayev qınağa tuş
gəlib.
Bu barədə həmin tədbirdə iştirak edən sakinlərdən biri məlumat verib.
Əhali
qarşısında çıxış edərkən Qəzənfər Ağayev respuplikanın hər yerində, o
cümlədən Astara rayonunda geniş miqyasda abadlıq, qurucluq işlərinin
aparılmağından danışıb.
Bu
zaman sakinlər icra başçısının sözünü kəsərək, rayonun inkişafı barədə
deyilənlərə etiraz ediblər. Yerlərdən “Siz öz fəaliyyətinizdən danışın”
replikaları səslənib.
Kənd
sakinləri: Şahmirzə İsayev, Gülbala Hidayətov, Musadiq Hidayətov, Tahir
Ağayev və başqaları yaşadıqları yerin sosial problemlərindən,
infrastrukturun bərbad olmağından narazılıqlarını dilə gətiriblər.
Maraqlısı
odur ki, kənd bələdiyyəsinin sədri Firudin Abbasov da sakinlərin
dediyini təsdiqləyərək, bildirb ki, kəndə təbii qaz hələ də çəkilməyib,
kəndi rayon mərkəzi ilə birləşdirən yol bərbad vəziyyətdədir, əhali
içməyə təmiz su tapmır, elektrik xətlərinin təmirinə, yeni
transformatorun alınmasına, yeni məktəb binasının tikintisinə, Şəmətük
kəndində çay üzərində körpü salınmasına ehtiyac var .
Arzu
olunmayan vəziyyətlə qarşılaşan icra başçısı, əhalini sakitləşdirmək
üçün söz verib ki, qaldırılan məsələlərin qısa zamanda həllini tapması
üçün var qüvvəsi ilə çalışacaq(infom.az).
Short URL: http://www.cumhuriyyet.net/?p=8158