Mikayıl Cabbarova qarşı şok ittihamlar
Misir Mərdanovdan sonra nələr dəyişdi ki, Məleykə Abbaszadə susası oldu?
görüldüyünü və 20112012-ci tədris ilində ilin “Ən Yaxşı Müəllimi”
müsabiqəsinin qalib olduğunu iddia edən şəxs tərəfindən təhsildəki
problemlərlə bağlı bir müraciət daxil olub. Bildirək ki, müraciət
müəllifinə yolladığı fikirlərinin anonim yayılmasını arzulayır.
Həmin müraciətin mətnini diqqətinizə təqdim edirik və bəri
başdan bəyan edirik ki, yazıda adları çəkilən bütün şəxslərin
mövqelərini dinləməyə hazırıq:
“Yeni
Təhsil nazirimiz Mikayıl Cabbarov haqqında həm Sizin saytınızda, həmdə
digər saytlarda sosial şəbəkələrdə və başqa KİV-lərdə çoxlu tənqidi
fikirlər söylənilir. Mən müəllimə olduğumdan yeni nazirin maliyyə
fırıldağlarından, yarıtmaz kadr islahatlarından, gördüyü qanunsuz
işlərdən yox, bir müəllimə kimi məni düşündürən dərsliklərin
hazırlanması, nəşr olunması və məzmunu ilə bağlı işlər barədə
fikirlərimi söyləmək istəyirəm.
Keçmiş
nazirimiz Misir Mərdanov orta məktəblər üçün dərsliklərin hazırlanması
və nəşr olunması işləri ilə bağlı çox tənqid olunurdu. Bəlkə də onun
vəzifədən kənarlaşdırılmasının əsas səbəblərindən biri də onun bu sahədə
yol verdiyi nöqsanlar idi. Ümüd edirdik ki, yeni nazir dərsliklərin
hazırlanması, məzmunu və nəşri işlərində köklü dəyişikliklər edəcək və
bu sahədə xeyli naliyyətlər əldə olunacaqdır. Lakin Mikayıl Cabbarov bir
ildən artıq müddət ərzində dərsliklərin hazırlanması, məzmunu və nəşri
sahəsində irəliyə doğru heç bir addım atmadı və bu sahədəki fəaliyyəti
heç nə ilə yadda qalmadı. O zamanlar Misir Mərdanov nə qədər tənqid
olunsa da belə, onun tərəfindən dərsliklərin məzmununun
yaxşılaşdırılması, müasir dövrün tələblərinə uyğunlaşdırılması və
dərsliklərin nəşri üçün optimal metodların seçilməsində xeyli işlər
görülürdü. Ən azından hər il ilin ən yaxşı müəllimləri müəyyən olunurdu
və onların içində dərslik yazmaq, hazırlamaq, işində səriştəsi bacarığı
olan pedaqoqlar ya müəllif kimi ya da ki, ekspert kimi bu işlərə cəlb
olunurdular və onlar da bu sahədə xeyli işlər görürdülər.
Bildirmək
istəyirəm ki, mən özüm də ekspert kimi bir neçə dəfə bu işlərə cəlb
olunmuşam. Çox zaman şəxsən nazir və onun bu sahəyə baxan müavini bizi
qəbul edib və saatlarla müzakirələr aparırdıq. Hesab edirəm ki, yeni
nazirimiz Mikayıl Cabbarovun bu işləri görməyə nə biliyi, nə bacarığı,
nə də səriştəsi çatmır. Keçmiş nazirin dövründə internet saytlar,
qəzetlər və digər KİV-lər Tələbə Qəbulu üzrə Dövlət Komissiyasının
Təhsil Nazirliyi ilə bu sahədəki “dueli” barədə tez-tez məlumatlar
yayırdılar. Sanki Mikayıl Cabbarov yeni nazir təyin olunduqdan sonra
TQDK tərəfindən qurbağa gölünə bir daş atılıb.
Sizin
saytınız vasitəsi ilə mən TQDK-nin sədri Məleykə Abbaszadəyə müraciət
edirəm: “Hörmətli Məleykə xanım, Misir Mərdanov vəzifədən
uzaqlaşdırıldıqdan sonra dərsliklərin məzmununda müsbətə doğru köklü
dəyişikliklər baş verdimi? Əgər doğurdan bu belədirsə, xahiş edirik ya
Siz, ya da rəhbərlik etdiyiniz qurumun bir yetkili şəxsi sosial
şəbəkələrdə və yaxud da ki, KİV-lərdə pedaqoji və təhsil ictimaiətini
məlumatlandırsınlar. Bunu etmirsinizsə o, zaman belə çıxır ki, Siz Misir
Mərdanovla intriqa aparırdınız. Təhsilin idarə olunması işi ilə əlaqəli
bir şəxs olduğunuzdan, hesab edirik ki, Siz təhsilə faydası olmayan
işlərlə məşğul olurdunuz və bu gün həmin qurumda rəhbər olmağa layiq
deyilsiniz.
Hal-hazırda
dərsliklərin hazırlanması işində Misir Mərdanov dövründən qalan
nöqsanlar hələ də mövcud olduğundan, bəlkə də həmin nöqsanlar daha çox
artdığından Sizin bu işlərə biganə qalmağınız və susmağınız biz
müəllimləri çox təccübləndirir. Əgər bu nöqsanlar var idisə və yenə də
davam edirsə, bunun qarşısının alnması üçün niyə addımlar atmırsınız?
Bax ona görə də təhsilimiz irəliyə getmir, intriqaların ucbatından dərin
bir bataqlığa düşüb”.
O
ki, qaldı yeni nazirimizin bu sahədə ki, fəaliyyətinə onun nəticələri
bizi bədbinliyə sürükləyir. Nə nazirimiz pedaqoqdur nədə ki, onun
kommersant müavini Ceyhun Bayramov. Mən bir əməkdar müəllimə kimi mənəvi
cəhətdən sarsıntı keçirdirəm. Necə ola bilər ki, Azərbaycan təhsili,
təhsildən çox çox uzaqda olan bir nazir və müavini tərəfindən idarə
olunur. Bu sahədə səriştələri olmadığından, indi də özlərindən
qanunlarımıza zidd yeni qaydalar icad ediblər: müəllimlərin
qiymətləndirilməsi və müəllimlərə and içdirilməsi. Əgər
qiymətləndirməkdirsə ilk növbədə bir dövlət qulluqçusu kimi nazirliyin
aparatının işçilərinin fəaliyyəti qiymətləndirilisin. Bunu biz
müəllimlər yox, Dövlət Qulluğu haqqında qanun belə tələb edir və yaxud
da and içməkdirsə bir dövlət qulluqçusu kimi Təhsil Nazirliyin
aparatının işçiləri and içsinlər.
Bunu
da Dövlət Qulluğu haqqında qanun belə tələb edir. And içə bilməzlər,
çünki yeni nazirin, nazirliyin aparatına cəlb etdiyi işçilərin
əksəriyyəti ya dövlət qulluğunda heç vaxt çalışmamış ya da ki, Dövlət
Qulluğu Məsələləri üzrə Komissiyanın müsabiqə və müsahibəsindən keçməmiş
adamlardır. Bəyəm təhsil nazirliyinə bir tanınmış pedaqoq, bir
təcrübəli təhsil işçisi nazir müavini təyin oluna bilməzdi. Mütləq gərək
nazir müavini Mikayıl Cabbarovun yerlisi – gədəbəyli Ceyhun Bayramov
gətrilməli idi? Mütləq gərək Maliyyə nazirinin müavini, dövlətin baş
xəzinadarı gədəbəyli Azər Bayramovun kommersant və biznesmen qardaşı
Ceyhun Bayramov təyin olunmalı idi? Bəs bilmirlərmi ki, bir ailədən iki
qardaşdan birinin Maliyyə nazirinin müavini digər qardaşın isə Təhsil
nazirinin müavini təyin etməklə, bu qardaşlar əlbir olub təhsilə ayrılan
dövlət vəsaitlərinin talan edəcəklər?
Düşünürdük
ki, 20132014-cü dərs ili üçün hazırlanmış dərsliklərin məzmununda
müəyyən dəyişiklik etmək üçün yeni nazirin kifayət qədər vaxtı
olmadığından bu sahədə müəyyən işlər görə bilmədi. Ona görə də
gözləyrdik ki, 20142015-ci tədris ili üçün hazırlanacaq dərsliklərin
məzmununda faydalı işlər görüləcək və köklü dəyişikliklər aparılacaq.
Ancaq bu sahədə cüzü də olsa irəlləyiş olmadı xeylidə geriyə düşdük.
Dərsliklərin hazırlanması, nəşri və çapı üçün heç bir tender,
müsabiqələr elan olunmadı. Necə deyərlər, yenə də “dədə -baba” qaydasına
üstünlük verildi. Yenə “köhnə hamam-köhnə tas” prinsipi tətbiq olundu.

Bir
zamanlar nazir Misir Mərdanovun rəhbərlik etdiyi dövrdə dərslik
şöbəsinin müdiri olmuş Əsgər Quliyevin fəaliyyəti dövründə şəxsən Ulu
Öndər Heydər Əliyev tərəfindən məktəb dərsliklərində bağışlanmaz, çox
ciddi və kobud səhvlərin olduğu müəyyənləşdirildiyindən, Əsgər Quliyev
işində yol verdiyi ciddi nöqsanlara görə tutduğu vəzifədən azad
olunmuşdur. Belə olduğu halda Mikayıl Cabbarov tərəfindən Əsgər
Quliyevin yenidən dərslik şöbəsinə rəhbər işə gətirilməsi heç də bu
işlərdə müsbət nəticələr əldə edilməsindən xəbər vermir.
Bir
qabaqcıl təhsil işçisi kimi Təhsil Nazirliyinin yeni rəhbərliyinin bu
sahədə görə biləcəyi, əldə edə biləcəyi bir müsbət nəticəni gözləmirik.
Ancaq həm pedaqoji ictimayyət həmdə mətbuatın bu işlər barədə susmağı
şəxsən məni çox təcübləndirir. Hesab edirəm ki, Təhsil Nazirliyini
hazırlanacaq dərsliklərin məzmunundan çox onların hazırlanmasına
çəkiləcək dövlət vəsaitlərinin mənimsənilməsi daha çox maraqlandırır.
Dia.az xəbər verir ki, Əgər bu belə olmasaydı, nazir Mikayıl Cabbarov gözdən pərdə asmaq işləri
ilə deyil, təhsilimizi irəliyə apara biləcək, onun keyfiyyətinin
artmasına gətirib çıxara biləcək işlərlə məşğul olardı. Bir pedaqoq kimi
hesab edirəm ki, müəllimlər üçün imtahanların keçirilməsi əslində
təhsili idarə edənlərin, yəni məktəb direktorların, təhsil şöbə
müdirlərinin və təhsil nazirliyin rəhbər işçilərinin cibinə xidmət edir.
Hesab
edirəm ki, Hörmətli Prezidentimiz sizin saytınız vasitəsi ilə biz
müəllimlərin fikri ilə tanış olsa, nazir Mikayıl Cabbarov və onun
biznesmen müavini Ceyhun Bayramov haqqında tədbir görəcəkdir. Allah bizi
belə səriştəsiz rəhbərlərdən qorusun”.
Adları çəkilən bütün şəxslərin mövqelərini dinləməyə, işıqlandırmağa hazırıq.
Short URL: http://www.cumhuriyyet.net/?p=8160