Yeni prezidentdən ilk bəyanatlar

07.06.2014 - 14:49

Ukrayna prezidenti Petr Poroşenko Ali Radada inauqurasiyadan sonra xalqa müraciət edib.

Yeni seçilmiş prezident hər
kəsi silahları yerə qoymağa çağırıb və Donbassedə terroristləri
maliyyələşdirməyən, eləcə də insanları öldürməyən şəxslərə amnistiya
vədi verib:

“Mən Ukraynanın bütövlüyü qorumaq və gücləndirmək,
uzunmüddətli sülh və etibarlı təhlükəsizliyə zəmanət vermək üçün
prezidentliyə getdim”. 

Poroşenko bildirib ki, müharibə istəmir və
qisas hissi ilə yanmır: “Lakin gözlərimin qarşısında Ukrayna xalqının
verdiyi çoxsaylı qurbanlar var. Mən sülh və Ukraynanın bütövlüyünü
istəyirəm. Zəmanət kimi ilk növbədə, əlində Ukrayna döyüşçüləri və dinc
əhalinin qanı olmayan, terrorizmi maliyyələşdirməyən şəxsləri cinayət
məsuliyyətindən azad edəcəm”.

 

Short URL: http://www.cumhuriyyet.net/?p=8162

XƏBƏR LENTİ

virtual_roadi

30.08.2024Uğurun memarı
Рейтинг@Mail.ru

Telefon:077 333 90 09
E-mail:cumhuriyyetqezeti@gmail.com;
Sayt "Yeni Cumhuriyyət" qəzetinin rəsmi internet saytıdır.
Saytın yazılarından istifadə olunan zaman istinad və yazının linkinin göstərilməsi zəruridir
Hazırladı - "QURDQANLI" DSGN

en son xeberler

Mart 2025
BE ÇA Ç CA C Ş B
 12
3456789
10111213141516
17181920212223
24252627282930
31