Avropa bankından Azərbaycana “korrupsiya məsləhəti”

07.06.2014 - 14:59

Avropa Yenidənqurma və İnkişaf Bankı (AYİB/EBRD) Azərbaycan
hökumətinin iqtisadiyyatın şaxələndirilməsində ciddi uğurlar əldə
etdiyini bəyan edib.

 

Bankın
Azərbaycandakı rəsmi rezidenti Neyl Makkeyn “Röyter” agentliyinə
müsahibəsində Azərbaycanın iqtisadi artım mənbələrinin
diversifikasiyasında uğurlar əldə etdiyini deyib.

N.Makkeyn bildirib ki, bankın proqnozuna görə, bu il Azərbaycanda
qeyri-neft sektorunda 9-10 faiz artım olacaq. Ümumi iqtisadi artım isə
neft hasilatının azalması ilə bağlı proqnozlaşdırıldığı kimi, 5,8 faiz
deyil, 3,75 faiz təşkil edəcək.

“Mən hesab edirəm ki, hökumət düzgün siyasət aparmaq yolundadır.
Lakin biz korrupsiya ilə mübarizədə hələ görmək istədiyimiz səviyyədə
irəliləyiş müşahidə etmirik” – deyə Neyl Makkeyn bildirib. “Ölkədə
mövcud olan korrupsiyanın yaratdığı çoxlu fəsadlar var. Bu məsələ
yuxarıdan həll edilməlidir” – deyə Avropa Yenidənqurma və İnkişaf
Bankının rezidenti əlavə edib.

“Röyter” korrupsiyanın Azərbaycanda insanların məyusluğuna və narazılığına səbəb olan ən ciddi problem olduğunu qeyd edir.

Agentlik xatırladır ki, 2013-cü ildə “Transparency İnternational”
Azərbaycanın korrupsiyaya görə dünyanın 177 ölkəsi arasında 128-ci yerdə
göstərib. Bu, küçə etirazlarının hakimiyyətlərin devrilməsi ilə
nəticələndiyi Tunis və Misir kimi ölkələrdən daha aşağıdır: “Lakin
opponentləri tərəfindən müxalf düşüncəni boğmaqda ittiham olunan hökumət
Rusiya ilə İran arasında yerləşən müsəlman ölkəsində siyasi stabilliyin
saxlanılmasına böyük diqqət ayırır”.

N.Makkeyn bildirib: “Mən hesab edirəm ki, Azərbaycan rəhbərliyinin
əsas diqqəti sabitlikdir. Və əgər ölkədə sabitlyin başının üstünü alan
çağırış olan korrupsiyaya qarşı mübarizə aparılsa, o zaman sabitlik
qalib gələcək”.

Agentlik xatırladır ki, Azərbaycan son illər dünyada ən sürətlə
inkişaf edən ölkələrdəndir. Ölkədə 10 il əvvəl 50 faizdən yuxarı olan
kasıblıq indi təkrəqəmli həddə enib, Bakı dəbdəbəli mağazalar və
avtomobillər şəhərinə çevrilib.

Bununla belə son illər iqtgisadi artım neft hasilatının azalması ilə
bağlı aşağı düşüb. Hasilat ötən il sabitləşsə, də bu il daha 2,4 faiz
azalması gözlənilir.

N.Makkeyn bildirib ki, Avropa Yenidənqurma və İnkişaf Bankı
Azərbaycan hökumətini dövlət büdcəsinin gəlirlərinin 70 faizini verən
neft-qaz sektorundan asılılığı azaltmağa çağırıb.

“Fikrimcə, hökumət diversifikasiya məsələsinə böyük diqqət yetirir.
Bu, daimi islahatlar prosesi tələb edən işdir. Əgər hökumət qeyri-neft
sektorunda illik 10 faizlik artımı saxlamaq istəyirsə, bu islahatları
davam etdirməlidir” – deyə bank rezidenti bildirib.

N.Makkeyn deyib ki, Azərbaycanda fiksal möhkəmlik və regional
iqtisadiyyata aşağı inteqrasiya səviyyəsi digər keçmiş sovet
respublikalarındakı və Türkiyədəki valyuta böhranlarından sığortalanmağa
imkan verir. Ölkənin makroiqtisadi göstəriciləri sabitdir və valyuta
ehtiyatları 50 milyard dolları keçib. Avropa Yenidənqurma və İnkişaf
Bankı bu il Azərbaycana kreditlər şəklində daha 300 milyon dollar
ayırmağı planlaşdırır.

Virtualaz.org

https://i0.wp.com/www.cumhuriyyet.net/wp-content/plugins/sociofluid/images/google_16.png?w=500 https://i0.wp.com/www.cumhuriyyet.net/wp-content/plugins/sociofluid/images/facebook_16.png?w=500 https://i0.wp.com/www.cumhuriyyet.net/wp-content/plugins/sociofluid/images/yahoobuzz_16.png?w=500 https://i0.wp.com/www.cumhuriyyet.net/wp-content/plugins/sociofluid/images/twitter_16.png?w=500

Short URL: http://www.cumhuriyyet.net/?p=8167

XƏBƏR LENTİ

virtual_roadi

Рейтинг@Mail.ru

Telefon:077 333 90 09
E-mail:cumhuriyyetqezeti@gmail.com;
Sayt "Yeni Cumhuriyyət" qəzetinin rəsmi internet saytıdır.
Saytın yazılarından istifadə olunan zaman istinad və yazının linkinin göstərilməsi zəruridir
Hazırladı - "QURDQANLI" DSGN

en son xeberler

May 2024
BE ÇA Ç CA C Ş B
 12345
6789101112
13141516171819
20212223242526
2728293031