Mavritaniya prezidenti Azərbaycan xalqını Respublika Günü münasibətilə təbrik edib
Zati-aliləri,
Azərbaycanın milli bayramı – Respublika Günü münasibətilə Sizə ən
səmimi təbriklərimi çatdırmaqdan şərəf duyur, Zati-alinizə uzun ömür,
cansağlığı, dost Azərbaycan xalqına isə davamlı tərəqqi və firavanlıq
arzu edirəm.
Dost xalqlarımızın mənafeyi naminə ölkələrimiz arasında mövcud
əməkdaşlıq əlaqələrinin bundan sonra da möhkəmləndirilməsi üçün səylərin
davam etdirilməsində maraqlı olduğumuzu bir daha ifadə edirəm.
Zati-aliləri, ən yüksək qardaşlıq ehtiramımı qəbul etməyinizi xahiş edirəm.
Məhəmməd uld Əbdüləziz
Mavritaniya İslam Respublikasının Prezidenti
Short URL: http://www.cumhuriyyet.net/?p=8168