İlham Əliyev sərəncam imzaladı

07.06.2014 - 19:31

Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 32-ci bəndini rəhbər tutaraq qərara alıram:

1. Yetmiş min nəfər əhalinin yaşadığı 5 yaşayış məntəqəsini birləşdirən
Hökməli-Qobu-Lökbatan-Güzdək-Puta avtomobil yolunun tikintisinin davam
etdirilməsi məqsədi ilə Azərbaycan Respublikasının 2014-cü il dövlət
büdcəsinin dövlət əsaslı vəsait qoyuluşu xərclərinin bölgüsündə
kəndlərarası avtomobil yollarının tikintisi və yenidən qurulması üçün
nəzərdə tutulmuş vəsaitin 7,6 milyon (yeddi milyon altı yüz min) manatı
Abşeron Rayon İcra Hakimiyyətinə ayrılsın.

2. Azərbaycan Respublikasının Maliyyə Nazirliyi bu Sərəncamın 1-ci
hissəsində nəzərdə tutulan məbləğdə maliyyələşməni müəyyən olunmuş
qaydada təmin etsin.

3. Azərbaycan Respublikasının Nazirlər Kabineti bu Sərəncamdan irəli gələn məsələləri həll etsin.

İlham Əliyev
Azərbaycan Respublikasının Prezidenti

Bakı şəhəri, 7 iyun 2014-cü il.

https://i0.wp.com/www.cumhuriyyet.net/wp-content/plugins/sociofluid/images/google_16.png?w=500 https://i0.wp.com/www.cumhuriyyet.net/wp-content/plugins/sociofluid/images/facebook_16.png?w=500 https://i0.wp.com/www.cumhuriyyet.net/wp-content/plugins/sociofluid/images/yahoobuzz_16.png?w=500 https://i0.wp.com/www.cumhuriyyet.net/wp-content/plugins/sociofluid/images/twitter_16.png?w=500

Short URL: http://www.cumhuriyyet.net/?p=8171

XƏBƏR LENTİ

virtual_roadi

Рейтинг@Mail.ru

Telefon:077 333 90 09
E-mail:cumhuriyyetqezeti@gmail.com;
Sayt "Yeni Cumhuriyyət" qəzetinin rəsmi internet saytıdır.
Saytın yazılarından istifadə olunan zaman istinad və yazının linkinin göstərilməsi zəruridir
Hazırladı - "QURDQANLI" DSGN

en son xeberler

Mart 2023
BE ÇA Ç CA C Ş B
 12345
6789101112
13141516171819
20212223242526
2728293031