Boksçumuz Avropa çempionatının finalında

07.06.2014 - 19:37

Rumıniyanın paytaxtı Buxarestdə keçirilən boks üzrə qadınlar arasında Avropa çempionatında finalçılar müəyyənləşmişdir.
Cumhuriyyet.az azərtac-a istinadən  xəbər verir ki, 69 kiloqram çəki dərəcəsində çıxış edən dünya
çempionatının gümüş mükafatçısı Yelena Vıstropova həlledici görüşdə
iştirak etmək hüququ qazanmışdır. Boksçumuz yarımfinalda rumıniyalı
Mixaela Kristiana üzərində inamlı qələbə qazanmışdır. Milli
komandamızın üzvü qızıl medal uğrunda qarşılaşmada İngiltərə boksçusu
Stasi Kopeland ilə üz-üzə gələcəkdir.
Çempionatda 75 kiloqram çəki dərəcəsində çıxış edən Leyla Cavadova isə
yarımfinalda Almaniya təmsilçisi Sarah Şeuriçlə mübarizədən məğlub
ayrılmışdır. Beləliklə, L.Cavadova Avropa çempionatının bürünc
mükafatına sahib olmuşdur.

Short URL: http://www.cumhuriyyet.net/?p=8172

XƏBƏR LENTİ

virtual_roadi

30.08.2024Uğurun memarı
Рейтинг@Mail.ru

Telefon:077 333 90 09
E-mail:cumhuriyyetqezeti@gmail.com;
Sayt "Yeni Cumhuriyyət" qəzetinin rəsmi internet saytıdır.
Saytın yazılarından istifadə olunan zaman istinad və yazının linkinin göstərilməsi zəruridir
Hazırladı - "QURDQANLI" DSGN

en son xeberler

Mart 2025
BE ÇA Ç CA C Ş B
 12
3456789
10111213141516
17181920212223
24252627282930
31