Müharibə başladı?
mənbələr Azərbaycan və Ermənistan ordularına məxsus döyüş
helikopterlərinin havaya qalxdığını, qarşılıqlı atəş açdıqlarını deyir
şərait yaradır
Erməni ordusu Naxçıvan Muxtar
Respublikasının Culfa rayonunun Ermənistanla sərhəd olan Ləkətaq kəndi
istiqamətindən hücuma keçib. Bu barədə Kəmalə
Bənənyarlı özünün facebook səhifəsində yazıb.
yüksəklikləri ələ keçiriblər: “Kənd camaatı gecələr yatmır və döyüşlər
gedir. Məlumatın nə qədər doğru olduğunu bilmirəm”.
Naxçıvan müxbiri Həkimeldostu Mehdiyev “Yeni Müsavat”a deyib ki, Sədərək
rayonunun Heydərabad kəndi ərazisində Miltəpə deyilən ərazidə döyüşlər
olub: “Hazırda sakitlikdir. Amma dünənə qədər günlərlə orta çaplı
silahlardan qarşılıqlı atəşlər açılırdı. Atışma düşmən səngəri ilə bizim
səngərimizin arasında olurdu. Hətta dünən (iyunun 6-da) həm bizim, həm
də erməni ordusunun hərbi vertolyotları havaya qalxıb, qarşılıqlı olaraq
atəş də açılıb. Erməni vertolyotundan açılan atəş kəndin yaxınlığındakı
dağa dəyib. Əməlli başlı döyüşlər gedib”.
ordusu iyunun 2-də itki verib: “Düşmənlə döyüşdə zabitimiz Zaur Həsənli
şəhid oldu. Ermənilərin itki verməsi haqda xəbər yoxdur”.
qoşunlarının köməyi ilə ələ keçirdikləri Kərki kəndindəki səngərlərdən
atəşə tuturlar.
cəbhənin müxtəlif istiqamətlərində sutka ərzində atəşkəs rejimi
ümumilikdə 31 dəfə pozulub. Erməni silahlı bölmələri dünən və bu gecə
Ermənistan Respublikasının İcevan rayonunun Berkaber kəndində yerləşən
mövqelərdən Qazax rayonunun Qızılhacılı kəndində, Krasnoselsk rayonunun
ərazisindəki adsız yüksəkliklərdə yerləşən mövqelərdən Gədəbəy rayonunun
ərazisindəki adsız yüksəkliklərdə yerləşən mövqelərimizi atəşə
tutublar.
Əbdürrəhmanlı, Ağdam rayonunun Yusifcanlı, Mərzili, Tərtər rayonunun
Qızıl Oba, Göyarx, Xocavənd rayonunun Kuropatkino, Cəbrayıl rayonunun
Mehdili kəndləri yaxınlığında, Goranboy rayonunun ərazisindəki adsız
yüksəkliklərdə yerləşən mövqelərdən də Silahlı Qüvvələrimizin mövqeləri
atəşə tutulub. Düşmən cavab atəşi ilə susdurulub”.
olan məlumatlarda Naxçıvanda atəşkəs rejiminin pozulması haqda xəbər
yoxdur. Bununla belə sayta 3 iyun 2014-cü ildə “Şəhid əsgər Həsənli Zaur
Söhbətdin oğlu dəfn edilib” sərlöhvəsi altında xəbər yerləşdirilib.
Həmin xəbərdə iyunun 2-də Naxçıvandakı atəşkəs rejiminin
pozulması nəticəsində şəhid olmuş əsgər Həsənli Zaur Söhbətdin oğlunun
iyunun 3-də Xırdalan şəhərində dəfn olunmasından bəhs edilir.
döyüşlərlə bağlı ictimaiyyətə geniş məlumat vermir. Döyüşlərin hansı
səbəbdən gizlədildiyini söyləmək çətindir, amma hər halda ölkənin bir
hissəsində günlərlə atəşkəs rejimi pozulursa, bu haqda mətbuata və xalqa
ətraflı bilgi vermək daha doğru olardı. Əks təqdirdə bu barədə yayılan
xəbərlər xeyli yanlış və şişirdilmiş olur. Bu da müharibə şəraitindəki
ölkənin təhlükəsizliyi üçün ciddi təhdiddir.
Short URL: http://www.cumhuriyyet.net/?p=8173