Hakimiyyət mer seçkilərinə niyə dirəniş göstərir?
“Hakimiyyətin bu istiqamətdə gətirdiyi arqumentlər əsaslı sayıla bilməz”
“Hakimiyyətin bu istiqamətdə gətirdiyi arqumentlər əsaslı sayıla bilməz”
Azərbaycan Avropa Şurasında böyük
şəhər bələdiyyəsi sisteminə keçməyən yeganə ölkədir. Amma hakimiyyətin
bu çatışmamazlığı tezliklə aradan qaldıracağı real görünmür. Çünki hər
dəfə bu məsələ gündəmə gələn zaman hakimiyyət təmsilçilərinin
açıqlamaları problemi daha da qəlizləşdirir. Milli Məclisin Regional
məsələlər komitəsinin sədri Arif Rəhimzadənin də açıqlaması da bu
qəbildəndir. A.Rəhimzadənin də fikrincə, Bakı Böyük Şəhər Bələdiyyəsinin
yaradılması real deyil: “Gələcəkdə Bakı Böyük Şəhər Bələdiyyəsi
yaradıla bilər. Ancaq hazırda bu, qeyri-real məsələdir. Çünki Bakı
Azərbaycanın yarısıdır. Bakının bir bələdiyyə ilə idarə edilməsinə
hələlik nə cəmiyyət hazırdır, nə də bələdiyyələr o yükü öz üzərinə
götürə bilər. Ona görə də bu məsələ hələlik rayon səviyyəsində qalıb,
bələdiyyələr Bakının rayonlarında yaradılıb. Digər tərəfdən, hazırda
Azərbaycanda mərkəzləşmə yüksək səviyyədədir. Bunun əsası da var.
Birinci, bizim qaçqınlarımız, məcburi köçkünlərimiz var, müharibə
şəraitindəyik. İstər-istəməz mərkəzləşmə olmalıdır. Bələdiyyələrin
görməli olduğu bir çox işi hazırda respublika təşkilatları görür.
Vəziyyət normal hala düşəndən, Dağlıq Qarabağ məsələsi həll olunandan,
əks mərkəzləşmə prosesi gedəndən sonra şəhər bələdiyyəsi də yaradılacaq,
bu istiqamətdə digər islahatlar da gedəcək”.
Maraqlıdır ki, ənənəsinə sadiq qalaraq hakimiyyət təmsilçiləri
Azərbaycan iqtidarının reallaşdırmalı olduğu islahatların
gerçəkləşməməsini qaçqınlarla bağlayır.
İqtisadçı Qubad İbadoğlu bildirdi ki, Azərbaycan
Avropa Şurasının yeganə ölkəsidir ki, şəhəri idarə edən seçilmir, təyin
edilir. Bunun Azərbaycanın beynəlxalq təşkilatlar qarşısında götürdüyü
öhdəliklərə zidd olduğunu deyən Q.İbadoğlu vurğuladı ki, Avropa Şurasına
daxil olan ölkənin paytaxtını mer idarə etməlidir və mer seçkilərində
siyasi partiyalar fəal rol oynamalıdırlar: “Amma uzun müddətdir ki, bu
istiqamətdə siyasi iradə ortaya qoyulmayıb. Hakimiyyətin bu istiqamətdə
gətirdiyi arqumentlər, məcburi köçkünlərin olmasını səbəb kimi
göstərməsi həqiqətəuyğun deyil. Sadəcə olaraq mer seçkiləri yeni seçki
atmosferinin yaranmasına gətirib çıxara bilər. Bu isə syiasi
partiyaların aktivliyinə, yeni siyasi aponentlərin yaranmasına səbəb
olacaq”. Q.İbadoğlunun fikrincə, görünür, hakimiyyət seçki aktivliyinin
yarana biləcəyini nəzərə alaraq ölkədə belə bir islahatı həyata keçirmir
Azadlıq.info
Short URL: http://www.cumhuriyyet.net/?p=8176