Putin Avropanı şantaj edir
“Rusiya Putinin dediyi addımları atsa, Avropa Birliyi və ABŞ-ın söz verdiyi üçüncü embarqo dalğası işə düşəcək”

“Ukrayna Avropa İttifaqı ilə
assosiativ sazişi imzalayacağı təqdirdə biz öz iqtisadiyyatımızı müdafiə
etmək üçün addımlar atacağıq. Mən bununla bağlı Böyük Britaniya, Fransa
və Almaniyaya xəbərdarlıq etmişəm”. Modern.az saytı xəbər verir ki, bu
sözləri Rusiya prezidenti Vladimir Putin Fransaya səfəri ilə bağlı
danışarkən bildirib.
Onun sözlərinə görə, müaqavilə imzalandıqdan və qüvvəyə mindikdən dərhal sonra Moskva müdafiə tədbirlərinə əl atacaq.
Putin Kiyevi çətin günlər gözlədiyini vurğulayıb. “Hazırda MDB
ölkələrinin azad ticarət zonası çərçivəsində Rusiya ilə Ukrayna arasında
gömrük tarifləri sıfır həddinddir. Avropa İttifaqı ilə saziş isə
Ukraynaya digər iqtisadi sazişlərdə iştuirak etməyə imkan vermir”.
Putinin sözlərinə görə, asossiativ saziş Ukrayna bazarlarını Avropa malları üçün açacaq.
“Bütün Avropa malları tranzit yolla bizim gömrük ərazimizə daxil
olacaq. Biz buna yol verə bilmərik. Avropa ilə belə danışmamışdıq. Biz
hansısa sanksiyalara əl atmağa məcbur olacağıq. Hesab edirəm ki, Ukrayna
üçün ağır sınaq olacaq”.
Rusiya prezdenti bildirib ki, belə oaln halda çətin ki, Ukraynaın məhsulları rus bazarında rəqabətə davamlı olsun.
Putinin Avropaya ünvanlanan bu hədəsini reallaşdırması nə dərəcədə mümkündür?
Politoloq Razi Nurullayev Rusiyanın Qərblə tam olaraq qarşıdurmaya
getməyə hazır olmadığını deyir. Çünki Rusiya təkdir, amma onun
qarşısında 28 ölkəni özündə birləşdirən NATO, ABŞ kimi güclü
iqtisadiyyata və hərbi gücə malik bir dövlət var. O baxımdan Rusiyanın
hədəsi heç də nöqtəsinə düşməyib.
Ekspert bununla belə Rusiyanın Ukraynanın başını daha çox ağrıda
biləcəyini deyir: “Şərq vilayətlərində qeyri-stabilliyin davam etməsi,
Ukraynanın şəhərlərində Rusiyameyllilərinin aranı qızışdırması və ölkədə
stabilliyinin tam olaraq pozulması, ərazi bütövlüyünün şübhə altına
alınması mümkündür. Rusiya Ukraynanın iqtisadiyyatına zərər vurmaq, bu
ölkəni daim təzyiq altında saxlamaq üçün bir çox iqtisadi rıçaqlara
malikdir. Hazırda Ukraynanın Rusiyadan asılılığının azaldılması, Avropa
Birliyinin köməyi ilə ayaqda qalması tam olaraq mümkün görünmür”.
Ekspertin sözlərinə görə, bütün bunların fonunda Rusiyanın özünün də
zəifləməsi gözlənilir. Çünki Rusiya Putinin dediyi addımları atacaqsa,
artıq Avropa Birliyinin və ABŞ-ın söz verdiyi üçüncü embarqo dalğası işə
düşəcək. Bu embarqolar isə Rusiya iqtisadiyyatını kifayət qədər
çökdürmək gücünə malikdir.
Short URL: http://www.cumhuriyyet.net/?p=8177