“Ermənistan heç kimə lazım olmayan dövlətə çevrilib”

07.06.2014 - 20:32

 

“Ermənistan beynəlxalq arenada öz
mövqeyini tamamilə itirmiş dövlətdir”. Musavat.com-um məlumatına görə,
bunu Moskvada yaşaya erməni hüquq müdafiəçisi Arbak Xaçatryan Ermənistan
mediasına müsahibəsində Astanadakı məlum rüsvayçı olayı şərh edərkən
deyib.

Onun sözlərinə görə, prezident
Serj Sərkisyan inadla real olmayam şeylər uğrunda mübarizə aparır:
“Lukaşenko illər ərzində mübariz apardı və hansısa sərvəti, üstünlüyü
olmaya-olmaya Moskva qarşısında heç olmasa öz şərtlərini qoya bildi.
Ermənistan prezidenti isə heç bir strateji yanaşma ortaya qoymur, heç
bir diplomatik addım atmır və sakitcə oturub Əliyevin məktubunu
dinləyir. Ermənistan dəhşətli dərəcədə qorxulu və qibtə edilməyəcək
duruma düşüb”. 

Xaçatryana görə, belə məktublar
hələ çox olacaq: “Bu, hələ başlanğıcdır. Biz dalandayıq. Biz heç kimə
lazım olmayan dövlətə çevrilirik. Astanada baş verənlər Ermənistanın,
onun prezidentinin aşağılanması idi”.

Musavat.com

 
https://i0.wp.com/www.cumhuriyyet.net/wp-content/plugins/sociofluid/images/google_16.png?w=500 https://i0.wp.com/www.cumhuriyyet.net/wp-content/plugins/sociofluid/images/facebook_16.png?w=500 https://i0.wp.com/www.cumhuriyyet.net/wp-content/plugins/sociofluid/images/yahoobuzz_16.png?w=500 https://i0.wp.com/www.cumhuriyyet.net/wp-content/plugins/sociofluid/images/twitter_16.png?w=500

Short URL: http://www.cumhuriyyet.net/?p=8178

XƏBƏR LENTİ

virtual_roadi

Рейтинг@Mail.ru

Telefon:077 333 90 09
E-mail:cumhuriyyetqezeti@gmail.com;
Sayt "Yeni Cumhuriyyət" qəzetinin rəsmi internet saytıdır.
Saytın yazılarından istifadə olunan zaman istinad və yazının linkinin göstərilməsi zəruridir
Hazırladı - "QURDQANLI" DSGN

en son xeberler

Mart 2023
BE ÇA Ç CA C Ş B
 12345
6789101112
13141516171819
20212223242526
2728293031