Hicablı qadına “səhvən” təhqir edildi

07.06.2014 - 21:52

Polis şöbəsi özfəaliyyətlə məşğul olan sahə müvəkkilini cəzalandıracağına söz verib…

Lənkəran
şəhərindəki “Əbəlfəzl” məscidində xanımlar mədrəsəsində Quran dərsi
keçən hicablı müəllimə Məhəmmədova Xuraman Zahid qızı polis əməkdaşları
tərəfindən təhqirə məruz qalıb. cenubews.com internet portalının
xəbərinə görə, o, zorla şəxsi maşına mindirilərək polis şöbəsinə
aparılıb.
Xuraman Məhəmmədova şöbədə də
nalayiq sözlər və təhqirlərlə üzləşib. Hicablı müəlliməyə deyilib ki,
polis şöbəsinə onun sələmə pul verməsi və çantasında camaatın pensiya
kartlarının olması barədə məlumat daxil olub. Lakin bir neçə saat
saxlanıldıqdan sonra ondan üzrxahlıq edilib və bildirilib ki,
“Bağışlayın, yanlışlıq olub”.
Məsələ ilə bağlı
xanımın hüquqlarını müdafiə edən Sədrəddin Kazımov bunları deyib:
“İyunun 2-i, saat 18:20 radələrində Xuraman müəllimənin ailəsi
tərəfindən mənə zəng gəldi ki, bəs o, polis şöbəsinə aparılıb. Dərhal
şöbəyə getdim. Məlum oldu ki, o, sahə müvəkkili kimi tanınan polis
mayoru Əliyar tərəfindən zorakılıqla, nalayiq ifadələr işlədilməklə
şəxsi maşınına mindirilib. Xuraman müəllimə polis şöbəsinə gətirildikdən
sonra da ona qarşı eyni münasibət davam edib. Ona deyilib ki, bir
çadralı qadın var, oğurluq edib, sən bəlkə o qadınsan, sən separatçısan
və s”. 
Hüquq müdafiəçisi qeyd edib ki, bununla
bağlı həmin polis işçisi Lənkəran şəhər-rayon şöbəsinə heç bir məlumat
verməyib: “Yəni sahə müvəkkili özbaşına iş tutaraq, vəzifə
səlahiyyətlərindən sui-istifadə edərək, yuxarı rəis heyətin məruzə
etmədən və yuxarı rəis heyətindən tapşırıq almadan bu addımı atıb. Bir
sözlə, o adam hansısa qüvvəyə işləyir və inanclı insanlarla dövlət
arasında qarşıdurma yaratmaq istəyir. Biz artıq şikayət ərizəsi ilə
polis şöbəsinə müraciət etmişik ki, həmən polis əməkdaşı dərhal
cəzalandırılsın. Polis şöbəsində də Xuraman müəllimədən şəxsən üzr
istənilib və söz verilib ki, əməkdaş cəzasını alacaq”.
Əlavə
edək ki, olaydan xəbər tutan rayon inanclıları da polis əməkdaşının
cəzalandırılmasını tələb ediblər. Belə ki, inanclılar adından dini icma
şurasının ağsaqqalı Vüqar İsmayılov rayon polis şöbəsinə gələrək hicablı
xanımı təhqir edən kəsin kim olur-olsun cəzalandırılmalı olduğunu tələb
edib. Şöbədən ağsaqqala bildiriblər ki, polis əməkdaşı vəzifəsindən
asılı olmayaraq cəzalandırılacaq.
https://i0.wp.com/www.cumhuriyyet.net/wp-content/plugins/sociofluid/images/google_16.png?w=500 https://i0.wp.com/www.cumhuriyyet.net/wp-content/plugins/sociofluid/images/facebook_16.png?w=500 https://i0.wp.com/www.cumhuriyyet.net/wp-content/plugins/sociofluid/images/yahoobuzz_16.png?w=500 https://i0.wp.com/www.cumhuriyyet.net/wp-content/plugins/sociofluid/images/twitter_16.png?w=500

Short URL: http://www.cumhuriyyet.net/?p=8184

XƏBƏR LENTİ

virtual_roadi

Рейтинг@Mail.ru

Telefon:077 333 90 09
E-mail:cumhuriyyetqezeti@gmail.com;
Sayt "Yeni Cumhuriyyət" qəzetinin rəsmi internet saytıdır.
Saytın yazılarından istifadə olunan zaman istinad və yazının linkinin göstərilməsi zəruridir
Hazırladı - "QURDQANLI" DSGN

en son xeberler

Mart 2023
BE ÇA Ç CA C Ş B
 12345
6789101112
13141516171819
20212223242526
2728293031