İnək oğurluğuna görə amansız qisas
10-u uşaq olmaqla 37 adam öldürüldü
Konqo Demokratik Respublikasında inək oğurluğunun qisası “demokratik yolla” alınıb.
Ölkənin şərqindəki Cənubi Kivy əyalətində silahlı şəxslər
kilsəyibadətə gedən insanlara basqın edərək azı 37 nəfəri qətlə
yetiriblər. Əyalətin daxili işlər naziri Jan-Jülyen Miruxo bildirib ki,
silahlı hücum iri buynuzlu mal-qara oğurluğuna görə qisas kimi həyata
keçirilib. Yerli sakinlər də bu informasiyanı təsdiqləyiblər. Yerli
hakimiyyət rəsmilərinin bildirdiyinə görə, öldürülənlərdən 10-u uşaqdır,
14-ü qadındır. Onların əksəriyyəti güllələnərək öldürülüb, bəzilərini
isə doğrayıblar və yaxud evlərinə od vuraraq diri-diri yandırıblar.
Öldürülənlər bafuliru qəbiləsinin mənsublarıdır. Bəzi yerli sakinlər
hücuma görə qonşu Burundidən olan ekstremistləri günahlandırırlar.
Əyalətin qubernatoru hadisəyə görə kimin günahkar olduğunu deməkdə
çətinlik çəkib və bildirib ki, orada hamının silahı var.
Virtualaz.org
Short URL: http://www.cumhuriyyet.net/?p=8194