ABŞ İranı razı sala bildi

08.06.2014 - 00:25

ABŞ və İran nüvə proqramına dair birbaşa danışıqlar aparacaq

ABŞ və İran nüvə proqramına dair birbaşa danışıqlar aparacaq
 
ABŞ iki yüksək səviyyəli diplomatını İranla nüvə proqramı ətrafında danışıqlar aparmaq məqsədilə Cenevrəyə göndərir.

Dövlət katibinin müavini Vilyam Börns və ABŞ-ın İranla danışıqlarda
baş müzakirəçisi, dövlət katibinin siyasi məsələlər üzrə yardımçısı
Vendi Şerman bazar ertəsi və çərşənbə axşamı İran rəsmilərilə danışıqlar
aparacaq.

İran və dünyanın altı qüdrətli dövləti arasında danışıqlar iyunun
16-da bərpa davam etdiriləcək.  Qrupa BMT Təhlükəsizlik Şurasının beş
daimi üzvü olan Birləşmiş Ştarlar, Rusiya, Çin, Britaniya, Fransa
üstəgəl Almaniya daxildir.

Dünyanın altı qüdrətli dövləti və İran arasında noyabr ayında əldə
edilmiş müvəqqəti razılığa əsasən, İran sanksiyaların bir hissəsinin
yüngülləşdirilməsi müqabilində uran zənginləşdirilməsi proqramını
məhdudlaşdımalı idi.

İranın nüvə proqramı ilə əlaqədar yekun razılığın iyul ayının 20-ə qədər əldə ediləcəyinə inanılır.

ABŞ və Qərb ölkələri uzun müddətdir İranı nüvə silahları istehsalına
çalışmaqda ittiham edir, lakin İran israrla nüvə proqramının dinc
məqsədlərə xidmət etdiyini bildirir. (amerikaninsesi.org)

https://i0.wp.com/www.cumhuriyyet.net/wp-content/plugins/sociofluid/images/google_16.png?w=500 https://i0.wp.com/www.cumhuriyyet.net/wp-content/plugins/sociofluid/images/facebook_16.png?w=500 https://i0.wp.com/www.cumhuriyyet.net/wp-content/plugins/sociofluid/images/yahoobuzz_16.png?w=500 https://i0.wp.com/www.cumhuriyyet.net/wp-content/plugins/sociofluid/images/twitter_16.png?w=500

Short URL: http://www.cumhuriyyet.net/?p=8195

XƏBƏR LENTİ

virtual_roadi

Рейтинг@Mail.ru

Telefon:077 333 90 09
E-mail:cumhuriyyetqezeti@gmail.com;
Sayt "Yeni Cumhuriyyət" qəzetinin rəsmi internet saytıdır.
Saytın yazılarından istifadə olunan zaman istinad və yazının linkinin göstərilməsi zəruridir
Hazırladı - "QURDQANLI" DSGN

en son xeberler

Mart 2023
BE ÇA Ç CA C Ş B
 12345
6789101112
13141516171819
20212223242526
2728293031