Miqrant gəmisi batdı
ANS PRESS-in məlumatına görə, gəminin batması nəticəsində 62 nəfər həlak
olub. BMT-nin Qaçqınlar üzrə Agentliyi baş verən hadisəni insan
itkisinin sayına görə bu il həmin regionda baş verən ən genişmiqyaslı
faciə adlandırıb.
Batan gəmidə Somali və Efiopiyadan olan miqrantların olduğu bildirilir.
Qeyd edək ki, hər il minlərlə afrikalı Avropa ölkələrinə getmək üçün
Yəmən sahillərinə üzərkən gəmi və bərə qəzalarında həlak olur.
Short URL: http://www.cumhuriyyet.net/?p=8196