Bu günün Ulduz falı

gözlənilməsə də, sonrakı müddətdə vəziyyətin tam fərqli olacağına inana
bilərsiniz. Ürəyinizdəki şübhələri qovun ki, təklənməyəsiniz.
– Diş və ya baş ağrılarına mübtəla olmamısınızsa, günün ümumi mənzərəsi
sizi qane edəcək. Məhəbbət amilinə isə yalnız söz kimi yanaşmayın. Uzaq
olmayan ünvanlara qonaq getmək olar.
Ünsiyyətdə olduğunuz hər kəsin hörmətini qazanmağa çalışın. Kosmik
durumun xeyrinizə tənzimlənməsi yarımçıq işlərin həllini sürətləndirməyi
tələb edir. Dinə zidd addım atmayın.
Müqəddəs dinimizin ənənələrinə hörmətlə yanaşın, hamıya mərhəmət
göstərin, xüsusən də sıx təmasda olduğunuz insanlara. O ki qaldı maliyyə
durumuna, bu barədə narahat olmayacaqsınız.
– İşgüzar sövdələşmələri başa çatdırmaq, yeni layihələri reallaşdırmaq
üçün günün şanslarından istifadə edin. Amma hər bir söhbətdə qarşı
tərəfi sonacan dinləyib sonra qərar verin.
Ötən günlərin gərginliyi nahara qədər davam etsə də, təmkinli olmaqla
bu müddəti itkisiz başa vura bilərsiniz. Təcrübəli insanların
məsləhətlərinə qulaq asın. Darıxdığınız adamlarla mütləq əlaqə saxlayın.
– Daxili səsiniz qətiyyətli olmağı tələb edirsə, yalnız irəli atılın.
Əmin olun ki, şanslar özü gəlib sizi tapacaq. Yaşlı doğmalarınızın
fikirlərinə də hörmətlə yanaşın ki, mövqeləriniz sarsılmasın.
– Fəaliyyətdən daha çox qarşılıqlı münasibətlərə vaxt ayırın. Əgər
deyilən istiqamətdə boşluq varsa, tələsin. Savab işlər görün. Bu gün
sənədləşdirmə və müqavilələrdə mümkün qədər diqqətli olun.
– Həmkarlarınızla davranışları məcrasından çıxarmasanız, gün ərzində
hansısa qanqaraçılığı ilə üzləşməyəcəksiniz. Pulla bağlı
narahatçılığınız da qismən səngiyəcək.
Qızğın iş günü olsa da, fəaliyyətə ara verib tamam fərqli zəmində iş
aparmalısınız. Məhəbbət və qohumluq əlaqələrinə də vaxt ayırın. Gün
ərzində maraqlı tanışlıqlar da gözlənilir.
– Daxili stresslərinizin çoxalması ətrafda olan hər şeyə narazılığınızı
artırıb. Amma bunun yaxşı sonu olmadığı üçün bir qədər genişürəkli
olun. Ümidinizi insanlara deyil, Allaha bağlayın.
– Ulduzlar ötən günlərdə hamıdan çox yorulduğunuzu bəyan edir. Ona görə
də bu günü istirahətə həsr etməyə çalışın. Əyləncə və qonaqlıqlara vaxt
ayırın ki, yorğunluğunuz getsin.
Short URL: http://www.cumhuriyyet.net/?p=8198