Bill Klinton Heydər Əliyevə görə səfiri danlayıb

08.06.2014 - 01:30
“Amerikalıların Heydər Əliyevin hakimiyyətə gəlməsini istəm”

1992-93-cü illərdə Milli Təhlükəsizlik nazirliyində çalışan Ərəstun Oruclunun Gəncə qiyamı ilə bağlı yazdığı analitik məqalənin 3-cü hissəsində maraqlı faktlar yer alıb. Politoloq bir zamanlar çalışdığı MTN-dən çox maraqlı bir dialoqu da oxucuların diqqətinə çatdırıb:

“Saat 11 radələrində yüksək vəzifəli rəislərimdən birindən zəng gəldi. Həmin yüksək vəzifəli rəis məni çağırdı və mən qapını döyüb kabinetə daxil olanda yanındakı digər bir yüksək rütbəli zabitlə belə bir söhbətlərinin şahidi oldum:
– … müəllim, bu gecə Bill Klinton açıq kanalla səfir Riçard Maylsa zəng edərək onu Heydər Əliyevlə görüşdüyünə görə sərt şəkildə danlayıb və deyib ki, Heydər Əliyev rəsmi şəxs deyil və səfirin görüşməsi ABŞ-ın ona dəstəyi kimi qəbul edilə bilər.
– Açıq kanalla niyə zəng edirdi ki?
– Yəqin istəyib ki, biz danışığı tutub dövlət rəhbərliyinə ABŞ-ın mövqeyini çatdıraq.
– …., yaxşı, hər halda bu əməliyyat sirridir və işçimiz də olsa, Ərəstuna dəxli yoxdur bunun”.
Ərəstun Oruclu amerikalıların Heydər Əliyevin hakimiyyətə gəlməsini istəmədiyini söyləyib:
“Anladım ki, bunu təsadüfən danışmadılar mənim yanımda və məqsəd o idi ki, bu məlumat təcili ünvanına çatdırılsın. Bundan sonra, məni çağıran həmin rəis nəsə mənasız bir tapşırıq verdi və mən iş yerimdən çıxıb yollandım Prezident Aparatına. Yol boyu isə bu məlumatla bağlı bütün mümkün variantları təhlil etməyə çalışırdım. Beləcə, Prezident Aparatına yetişib, məlumatı ünvanına çatdırdım və həmin şəxs də elə burdaca prezidentlə əlaqə saxlayıb görüş istədi. O, görüşə, mən isə öz iş yerimə yollandım. Düşünməkdə davam edirdim və getdikcə də suallar artırdı. Bu telefon söhbətindən görünürdü ki, amerikalılar Heydər Əliyevin hakimiyyətə gəlməsini istəmirlər. Bəs o zaman niyə bunu birbaşa prezidentə demirlər? Belə suallar çox idi, amma cavabları yalnız ehtimal etmək olardı. Nəhayət, bütün bu düşüncələrə son qoyub, işlərimin arxasınca yollandım. Əlimdə maraqlı məlumatlar vardı və onlardan birini detalları ilə araşdırmalı idim. Qiyamçı Ələkrəm Hümbətovun ələ keçirdiyi xeyli sayda zirehli texnikanın akkumulyatorları olmadığından, onları Badamdardakı hərbi hissədən Lənkərana yollamağa hazırlaşırdılar”.

Short URL: http://www.cumhuriyyet.net/?p=8201

XƏBƏR LENTİ

virtual_roadi

30.08.2024Uğurun memarı
Рейтинг@Mail.ru

Telefon:077 333 90 09
E-mail:cumhuriyyetqezeti@gmail.com;
Sayt "Yeni Cumhuriyyət" qəzetinin rəsmi internet saytıdır.
Saytın yazılarından istifadə olunan zaman istinad və yazının linkinin göstərilməsi zəruridir
Hazırladı - "QURDQANLI" DSGN

en son xeberler

Mart 2025
BE ÇA Ç CA C Ş B
 12
3456789
10111213141516
17181920212223
24252627282930
31