Ərdoğan Dədə Qorqudu lağa qoydu

baxacaq, söz söyləyəcək, boy boylayacaq”
Partiyası”nın namizədi kim olursa-olsun, islahatlar davam etdiriləcək.
Bunu Türkiyənin baş naziri Rəcəb Tayyib Ərdoğan Türkiyə İxracatçılar
Məclisinin toplantısında çıxışı zamanı bəyan edib. Ərdoğan növbəti dəfə
müxalifət partiyalarının prezident seçkiləri kampaniyasını tənqid edib.
Baş nazir deyib: “Zənn edirsiniz ki, Dədə Qorqud gələcək, sifətlərə
baxacaq, söz söyləyəcək, boy boylayacaq. Bizim müxalifət nağıl
dünyasında gəzir. 30 martda bunların damı uçdu. İndi özlərinə başqa dam
axtarırlar. Bu ölkənin damı “Ədalət və İnkişaf Partiyası”dır”.
Baş nazirin sözlərinə görə, CHP və MHP-nin ən çox axtardığı meyar
“dövlət başçısı siyasətdən kənarda qalsın” meyarıdır. “Həm siyasətçi
olacaqsan, həm də “dövlət başçısı siyasətdən kənarda qalsın” deyəcəksən.
Bu, siyasətçinin özünü inkar etməsidir”,- deyə Rəcəb Tayyib Ərdoğan
bildirib.
Avqustun 10-da tarixi bir seçkinin keçiriləcəyini vurğulayan Ərdoğan
qeyd edib ki, ölkə tarixində ilk dəfə xalq özü dövlət başçısını seçəcək.
Dövlət başçısının xalq tərəfindən seçilməsi başda iqtisadiyyat olmaqla,
bütün sahələrə müsbət təsir göstərəcək.
Short URL: http://www.cumhuriyyet.net/?p=8202