Mərkəzi Kəşfiyyat Agentlyi Tvitter hesabı açıb

08.06.2014 - 09:00

Dünyanın ən məşhur kəşfiyyat idarəsinin Tvitter şəbəkəsinə qoşulması
sosial mediada qarışıq hisslərlə qarşılansa da böyük maraq doğurub.

Yüksək səviyyədə məxfilik prinsipi ilə işləyən Mərkəzi Kəşfiyyat
agentliyi iyunun 6-da sosial mediaya Tvitter mesajı ilə daxil
olub:”Bunun bizim ilk tvitter mesajımız olduğunu nə təsdiq, nə də inkar
edə bilərik.”

Mesajın göndərilməsindən bir saat sonra o, 70 min dəfədən çox yenidən
“tvitlənib”. Mərkəzi Kəşfiyyat agentliyinin Tvitterdə 430 min davamçısı
var.

@CIA ilk mesajını göndərdikdən sonra  Tvitter-də zarafatlar başlayıb.

Pakistanın keçmiş səfiri Hüseyn Haqqani (@husainhaqqani) belə bir
mesaj göndərib:”CIA illərdir adamları izləyib. İndi Tvitter əhlinin
(tweeple) @CIA izləmək imkanı var.”

Amnesty International təşkilatının ABŞ-ın təhülkəsiliyi və insan
hüquqları kampaniyasının direktoru Zeke Conson Amerikanın səsinə
müsahibədə deyib ki, Mərkəzi Kəşfiyyat agentliyinin sosial medaida
olması müsbət haldır, lakin agentlik işgəncə və pilotsuz idarə edilən
təyyarə hücumları ilə bağlı açıqlamalar verməlidir.

“Bütün ili əslində məxfilik üzərində qurulmuş bir idarə indi sosial
mediadadır və özünün ictimaiyyətlə əlaqə qurduğunu göstərməyə çalışır.
Mən Tvitter-də olmaq tərədarıyam, amma onlar Mərkəzi Kəşfiyyat
agentliyinin işgəncə proqramları və pilotsuz idarə edilən təyyarə
hücumları barədə açıqlamalar verərək, insan hüquqlarına dair
öhdəliklərinə əməl etməlidir”-deyə o bildirib.

 Mərkəzi Kəşfiyyat agentliyinin direktoru Con Brennan açıqladığı
bəyanatda agentliyin sosial media vasitəsilə ictimaiyyətlə birbaşa əlaqə
quraraq, öz missiyası, tarixi və başqa inkişaflar haqda məlumat verə
biləcəyini ümid etdiyini bildirib.

 Mərkəzi Kəşfiyyat agentliyi Amerikanın Səsinə müsahibə verməkdən
imtina etsə də, agentiyin sözçüsü Cordan Kaldvel  bildirib ki, Tvitter
sosial media şəbəkəsindən istifadə məsələsi artıq uzun müddətdir
planlaşdırılırdı.

 Bu ilin əvvəl agentlik Tvitter şirkətinə saxta @CIA hesabının açılması ilə bağlı şikayət ünvanlamışdı.

Short URL: http://www.cumhuriyyet.net/?p=8204

XƏBƏR LENTİ

virtual_roadi

30.08.2024Uğurun memarı
Рейтинг@Mail.ru

Telefon:077 333 90 09
E-mail:cumhuriyyetqezeti@gmail.com;
Sayt "Yeni Cumhuriyyət" qəzetinin rəsmi internet saytıdır.
Saytın yazılarından istifadə olunan zaman istinad və yazının linkinin göstərilməsi zəruridir
Hazırladı - "QURDQANLI" DSGN

en son xeberler

Mart 2025
BE ÇA Ç CA C Ş B
 12
3456789
10111213141516
17181920212223
24252627282930
31