BMT Mandela adına mükafat təsis edib

08.06.2014 - 09:02

Mükafat Mandelanın irsini qoruyub artırmağa imkan verəcək

BMT Baş Assambleyasının nümüyəndələri Nelson Mandela adına mükafat
təsis ediblər. Yeni mükafat ayrı-ayrı şəxslərə BMT prinsip və
məqsədlərinin gerçəkləşdirilməsinə bəxş etdikləri töhvələrə görə
veriləcək. Bu barədə BMT mətbuat xidmətindən bildirilib.

BMT baş katibi Pan Gi Mun bu barədə qəbul edilmiş qətnaməni tarixi
adlandırıb. Onun fikrincə, mükafat Mandelanın irsini qoruyub artırmağa
imkan verəcək. 

Nelson Mandela 5 dekabr 2013-cü ildə Yohannesburqdakı evində 95
yaşında dünyasını dəyişib. O, Cənubi Afrika Respuliksının ilk qara
dərili prezidenti (1994-1999) olub. Mandela aparteid rejimi ilə
mübarizəyə görə həyatının 27 ilini həbsxanada keçirib. 1993-cü ildə o,
Nobel sülh mükafatına layiq görülüb. (anspress.com)

https://i0.wp.com/www.cumhuriyyet.net/wp-content/plugins/sociofluid/images/google_16.png?w=500 https://i0.wp.com/www.cumhuriyyet.net/wp-content/plugins/sociofluid/images/facebook_16.png?w=500 https://i0.wp.com/www.cumhuriyyet.net/wp-content/plugins/sociofluid/images/yahoobuzz_16.png?w=500 https://i0.wp.com/www.cumhuriyyet.net/wp-content/plugins/sociofluid/images/twitter_16.png?w=500

Short URL: http://www.cumhuriyyet.net/?p=8205

XƏBƏR LENTİ

virtual_roadi

Рейтинг@Mail.ru

Telefon:077 333 90 09
E-mail:cumhuriyyetqezeti@gmail.com;
Sayt "Yeni Cumhuriyyət" qəzetinin rəsmi internet saytıdır.
Saytın yazılarından istifadə olunan zaman istinad və yazının linkinin göstərilməsi zəruridir
Hazırladı - "QURDQANLI" DSGN

en son xeberler

Mart 2023
BE ÇA Ç CA C Ş B
 12345
6789101112
13141516171819
20212223242526
2728293031