Hansı ölkənin vətəndaşlığı daha ucuzdur?

08.06.2014 - 09:11

Casuslar haqqında filmlərdə, Bonddan Bornadək, həmişə belə
səhnələr təkrar olunur: casus təqibçilərin gözündən itib gizlənmək üçün
bir çamadan dolu müxtəlif cür pasportlardan istifadə edir.

Ancaq burası da var ki, daha tez ikinci pasporta casuslar yox, adi
insanlar, necə deyərlər, “iqtisadi vətəndaşlar” yiyələnmək istəyirlər.

“Henley and Partners” şirkətinin vətəndaşlıq məsələləri üzrə
mütəxəssisi Christian Kalin müştərilərə hansı pasporta pul xərcləməyin
daha sərfəli olduğu barədə məsləhət verir. Onun fikrincə, hər il
minlərlə insan ikinci, hətta üçüncü pasport əldə etmək üçün 2 milyarda
qədər dollar yatırır.

“İnsanlar öz investisiya portfelini diversifikasiya etməyə çalışdığı
kimi, öz “pasport portfellərini” də diversifikasiya etmək istəyirlər”, –
Kalin izah edir. Vətəndaşlığa maliyyə yatırımı etmək hazırda Çin,
Rusiya, eləcə də Yaxın Şərq sakinləri arasında populyardır.

Bunu, xəzinəsində pul çatışmayan ölkələr qeydə alıb. Tək son il
ərzində Antiqua və Barbudada, Qrenadada, Maltada, Niderlandda və
İspaniyada varlı sərmayəçilərə yatırımlar müqabilində və digər sadə
yolla vətəndaşlıq əldə etmək imkanı verən yeni proqramlar açılıb.

Ancaq demək olmaz ki, bu proqramların şəffaflığı və hesabdarlığı hamını qane etmir.

Yanvarda Avropa Komissiyasının sədr müavini Viviane Reding öz nitqlərindən birində “vətəndaşlıq satışa qoyulmamalıdır”, – deyib.

Lakin hələlik varlıların bəxti gətirir: ölkədə daimi yaşamaq tələbinə
rəğmən, yarım düjün ölkə onlara yatırımlar müqabilində birbaşa
vətəndaşlıq almaq yolunu təklif edir.

Əslində vətəndaşlıq pula satılır.

Dominika

Daşınmaz əmlaka 400 min dollar məbləğində yatırım müqabilində Antiqua və Barbuda pasportunu almaq olar

Öz vətəndaşlığını ən ucuz qiymətə Karib dənizindəki kiçicik Dominika adası təklif edir.

100 min dollar məbləğində sərmayə qoymaq, müəyyən əlavə rüsum və
vergilər ödəmək və adada müsahibədən keçmək kifayətdir ki, siz Dominika
vətəndaşlığını qazanasınız.

Lakin məsləhətçilər xəbərdar edir: müsahibə keçirən komissiya ayda
bir dəfə toplanır, və pasport almaq üçün 5-dən 14 ayadək vaxt keçə
bilər.

Bu ölkənin Britaniya Birliyinə daxil olduğuna görə, onun vətəndaşları
Böyük Britaniyada xüsusi imtiyazlara malikdir, həmçinin vizasız 50
ölkəyə, o cümlədən İsveçrəyə, gedə bilərlər.

Sent-Kits və Nevis

Sent-Kits və Nevis karib adaları hələ 1984-cü ildə dünyada ilk dəfə
investisiya vasitəsilə vətəndaşlıq proqramını (İVP) tətbiq ediblər və
iki yolla vətəndaşlıq almağı təklif edirlər.

Onlardan daha ucuz variantı – Sent-Kits və Nevis şəkər sənayesinin
Diversifikasiya Fondu xeyrinə təmənnasız 250 min dollar ianə etməkdir.
İkinci variant – ölkə ərazisində daşınmaz əmlaka 400 min dollardan az
olmayaraq yatırım etməyi nəzərdə tutur.

Yaxın vaxtlar bu proqram ABŞ Maliyyə Nazirliyinin diqqətini cəlb
edib. Amerikalılar ehtiyyatlanırlar ki, iranlılar Sent-Kits və Nevis
pasportunu alıb ABŞ-a gedə və, Amerikanın sanksiyalarına riayət
etməyərək, hətta orada sərmayə qoya bilərlər. 201-ci il dekabr ayında
Sent-Kis öz proqramını iranlılar üçün bağlayıb.

Lakin proqramın hazirlanmasına kömək edən “Henley and Partners”
şirkətinin mütəxəssisi Christian Kalin hesab edir ki, müəyyən
çətinliklərə baxmayaraq, “proqram Sent-Kitsdə nisbətən yaxşı işləyir –
müəyyən dərəcədə onu nümunəvi hesab etmək olar”.

Onun sözlərinə görə, karib ölkələrinin pasportları, bundan sonra da
öz statuslarını Portuqaliya yaxud Sinqapur kimi ölkələrin İVP-si
vasitəsilə təsbit etmək istəyən “dünya vətəndaşları” üçün çox yaxşı
aralıq pilləsidir.

Antiqua və Barbuda

Antiqua və Barbuda öz təxminən Sent-Kits tələblərinə uyğun – daşınmaz
əmlaka 400 min dollar yaxud 200 min dollar xeyriyyə fonduna yatırım
nəzərdə tutan – İVP proqramını 2013-cü ilin sonunda tətbiq edib.

Proqramın açılışında çıxış edən baş nazir Baldwin Spencer daha çox
ölkələrin vətəndaşlığını satmasının səbəbini iqtisadiyyatın yubanması və
“ənənəvi maliyyələşdirmə mənbələrinin az qala tamamilə ləğv olması” ilə
izah edib.

Misal kimi o, tək Sent-Kitsi yox, hətta “məşğulluğun stimulyasiya
zonasına” 500 min dollar yatırmaq və 10 iş yeri yaratmaq şərtilə
xaricilərə EB-5 vizasını (gələcəkdə green-card almaq hüququ verir) almaq
ixtiyarı verilən ABŞ-ı xatırlayıb. 1990-cı ildə bəri əcnəbilər ABŞ-da
6,8 milyard dollar sərmayə qoyub və 29 min EB-5 vizalarını alıblar;
lakin qüvvədə olan məhdidiyyətə görə ildə yanlız 10 min ədəd EB-5 vizası
verilə bilər.

“Bu, o demək deyil ki, yatırımlar vasitəsilə Antiqua və Barbuda
proqramı kim istəsə. hamı üçün açıqdır”, – baş nazir Spencer deyib.

Ən ucuzu Malta pasportu?

Malta daha sərfəli şərtlər təklif edir

“Şübhəsiz, yatırımlar vasitəsilə vətəndaşlıq proqramları
hazırda çox populyardır, xüsusilə Avropada”, – Toronto Hüquqçuluq
Universitetinin professoru Ayelet Shachar deyir.

Bu yaxınlarda kiçik Maltanın, öz ərazisində daimi yaşayış senzini
nəzərə almadan, 650 min avro məbləğində yatırım müqabilində pasport
təqdim etmək planlarının bəyan etməsi ümumi qəzəb doğurmuşdu. Axı belə
proqramla Malta pasportu Avropa İttifaqı ölkələri arasında ən ucuzu
olardı.

Maltanın baş naziri Joseph Muscat hesablayıb ki, ilk il ərzində bu
proqram üzrə vətəndaşlıq almaq üçün 45 nəfədək müraciət edə bilər, bu
isə ölkəyə 30 milyon avro gəlir verər.

Lakin Aİ məmurlarının təzyiqi altında Malta hakimiyyəti qaydaları
dəyişməyə məcbur oldu: indi potensial pasport sahibi 1 il Maltada
yaşamalı və 1,15 milyon avro sərmayə qoymalıdır.

Bu əhvalat vətəndaşlığın müxtəlif cür anlanılmasını büruzə verib, Ayelet Shachar qeyd edir.

“Bizim qarşımızda istənilən siyasi cəmiyyət üçün vacib və zərif
suallar durur: kimin özünü hər hansı bir ölkənin vətəndaşı adlandırmaq
haqqı necə müəyyən edilməlidi?” – o sual edir.

“Yatırımlar vasitəsilə vətəndaşlıq proqramlarını rəhbər tutsaq, cavab
yalnız müraciət edənlərin pul kisəsinin qalınlığından asılı olacaq. Bu,
ənənələri sarsıdır, axı təbəəliyə keçmə prosesi həmişə insanla onun
yeni vətəni arasında həqiqi əlaqənin müəyyən edilməsinə əsaslanır”, –
Shachar əlavə edir.

Kiprə pasport dalınca

Kipr vətəndaşlıq qiymətini bir neçə dəfə aşağı endirib

Avropa İttifaqının investisiya müqabilində vətəndaşlıq təklif edən daha bir ölkəsi Kiprdir.

Kipr Aİ təkidilə sərt plan qəbul etməyə məcbur olduğu zaman pullarını
itirmiş sərmayəçiləri (xüsusən rusiyalıları) bir qədər ovundurmaq üçün,
mart ayında vətəndaşlıq qiymətini 2 milyon avroyadək endirib.

Lakin Christian Kalin Kiprin təklifini tövsiyə etmir, çünki əvvəlcə
bu ölkə vətəndaşlığı 28 milyon avro qiymətləndirilib, sonra onun qiyməti
10 milyon, nəhayət, 5 milyon avroya kimi düşüb.

“Bu, səhv hərəkət etməyin yaxşı nümünəsidir: qeyri-adekvat qiymətə
bazara məhsul çıxarmaq, sonra isə hər yarım ildən bir qiymətini
endirmək. Bu, gülməlidir”, – istehza ilə Kalin deyir.

https://i0.wp.com/www.cumhuriyyet.net/wp-content/plugins/sociofluid/images/google_16.png?w=500 https://i0.wp.com/www.cumhuriyyet.net/wp-content/plugins/sociofluid/images/facebook_16.png?w=500 https://i0.wp.com/www.cumhuriyyet.net/wp-content/plugins/sociofluid/images/yahoobuzz_16.png?w=500 https://i0.wp.com/www.cumhuriyyet.net/wp-content/plugins/sociofluid/images/twitter_16.png?w=500

Short URL: http://www.cumhuriyyet.net/?p=8207

XƏBƏR LENTİ

virtual_roadi

Рейтинг@Mail.ru

Telefon:077 333 90 09
E-mail:cumhuriyyetqezeti@gmail.com;
Sayt "Yeni Cumhuriyyət" qəzetinin rəsmi internet saytıdır.
Saytın yazılarından istifadə olunan zaman istinad və yazının linkinin göstərilməsi zəruridir
Hazırladı - "QURDQANLI" DSGN

en son xeberler

Mart 2023
BE ÇA Ç CA C Ş B
 12345
6789101112
13141516171819
20212223242526
2728293031