“Fövqəlnazir” Ərdoğana “xod” axtarır

08.06.2014 - 09:33

“Fövqəlnazir”in Bəşir Atalayı təltif etməsinin pərdəarxası

“Fövqəlnazir”in Bəşir Atalayı təltif etməsinin pərdəarxası

Fövqəladə hallar naziri Kəmaləddin Heydərov Türkiyə ilə
münasibətlərindəki gərginlikdən narahat olub. Bu barədə redaksiyamıza
daxil olan məlumatda deyilir ki, baş nazir postuna iddialı olan
Kəmaləddin Heydərov hakimiyyətdə ən güclü fiqurlardan olan Prezident
Administrasiyasının (PA) rəhbəri Ramiz Mehdiyevlə anlaşmadan sonra
Türkiyənin onun baş nazir olmasına maneə törədə biləcəyini düşünür.

Qeyd edək ki, Türkiyə Azərbaycan siyasətinə təsir etmək gücündə olan
ölkədir və zaman-zaman bunun şahidi olmuşuq. Doğrudur, Rusiyanın da
Azərbaycana təsiri var. Lakin Kəmaləddin Heydərovun Rusiya siyasi
dairələri ilə münasibətləri pis deyil. Hətta bəzi iddialara görə,
“fövqəlnazir” Azərbaycanda ruspərəst qüvvələrin başında dayananlardan
biridir. Türkiyə hökuməti ilə isə münasibətlər pisdir. Hələ bir müddət
əvvəl Ərdoğan hakimiyyətini təbliğ etdiyi artıq şübhə doğurmayan məşhur
“Kurtlar Vadisi Pusu” serialında Kəmaləddin Heydərov “vurulmuşdu”. Həmin
serialda “fövqəlnazir” elə Kəmaləddin adı ilə canlandırılmışdı. O,
Israilin adamı kimi təqdim edilmişdi. Polat Ələmdarın Azərbaycandakı
adamını öldürən Kəmaləddin serialın sonrakı bölümündə Azərbaycanda
fəaliyyət göstərən limonad zavodunda (Kəmaləddin Heydərovun şirəli su
biznesi ilə məşğul olduğu bəllidir. Azərbaycanda populyar olan “Jalə”
şirələri “fövqəlnazir”ə məxsus olan “Gilan Holdinq”in məhsuludur)
öldürülür. O zaman bu, Azərbaycan mətbuatında çoxsaylı müzakirələrə
səbəb oldu. Kəmaləddin Heydərovun “Kurtlar Vadisi Pusu”da “vurulması”
Ərdoğan hakimiyyətilə “fövqəlnazir” arasında qarşıdurmanın olması barədə
ehtimalların irəli sürülməsini şərtləndirdi. Ərdoğanın Bakıya
səfərindən sonra Kəmaləddin Heydərova yaxınlığı ilə seçilən saytlardan
birində Ergenekon olaylarında həbs edilən Vəli Küçük Paşaya tribuna
verilməsi və onun Türkiyə hökumətini tənqid etməsi bu ehtimalları bir
qədər də gücləndirdi.

Kəmaləddin Heydərovun Türkiyə hökumətilə narahatlığının bir səbəbi də
Qərbin onu qəbul etməməsidir. Hər halda “fövqəlnazir” Qərbdə Azərbaycan
hökumətinin ən korrupsioner məmuru kimi xarakterizə edilir və onun baş
nazir seçilməsi Qərb üçün arzuedilən deyil. “Fövqəlnazir” də bunun
fərqindədir. Ona görə də Türkiyə ilə münasibətləri qaydasına salmaq
“fövqəlnazir” üçün zərurətə çevrilib.

Kəmaləddin Heydərov artıq bu istiqamətdə əməli addımlar atmağa
başlayıb. Iddialara görə, “fövqəlnazir”in Türkiyə baş nazirinin müavini
Bəşir Atalayı ordenlə təltif etməsi Ərdoğana jestdir. Bəşir Atalay
Ərdoğanın ən yaxın adamlarından biri kimi tanınır. Qəbələdə keçirilən
fəlakət riskinin azaldılması üzrə 7-ci Beynəlxalq Konfransa o da dəvət
alıb. Elə həmin konfransda Kəmaləddin Heydərov “Xidmət medalı”nı Bəşir
Atalayın döşünə taxıb.

Məlumatda o da bildirilir ki, həmin ərəfədə Bodrumda keçirilən
türkdilli dövlətlərin sammitində baş nazir postuna başqa bir iddialı
oliqarx – nəqliyyat naziri Ziya Məmmədovun ölkə başçısı Ilham Əliyevin
yanında oturması Kəmaləddin Heydərovu təşvişə salıb. “Fövqəlnazir”in həm
də bu səbəbdən tələsik Ərdoğan hökumətilə qardaşlaşmaq qərarına gəlib.
Kəmaləddin Heydərov ehtiyat edir ki, baş nazir məsələsində Ziya Məmmədov
ondan irəli düşərək Türkiyə hakimiyyətinin dəstəyini qazana bilər.(azadlıq.info)

Short URL: http://www.cumhuriyyet.net/?p=8208

XƏBƏR LENTİ

virtual_roadi

30.08.2024Uğurun memarı
Рейтинг@Mail.ru

Telefon:077 333 90 09
E-mail:cumhuriyyetqezeti@gmail.com;
Sayt "Yeni Cumhuriyyət" qəzetinin rəsmi internet saytıdır.
Saytın yazılarından istifadə olunan zaman istinad və yazının linkinin göstərilməsi zəruridir
Hazırladı - "QURDQANLI" DSGN

en son xeberler

Mart 2025
BE ÇA Ç CA C Ş B
 12
3456789
10111213141516
17181920212223
24252627282930
31