Erməni mediası Naxçıvandakı fəallıqdan yazdı

08.06.2014 - 09:55

“Azərbaycan və Türkiyə Naxçıvanda hərbi aktivliyini artırıb. Ehtimal var ki, iki ölkə ordusunun birgə keçirəcəyi hərbi təlimlər də məhz Naxçıvanda baş tutacaq. Səbəb Qarabağın hüquqi statusu barədə aparılan siyasəti önləməkdir”.
Axar.az xəbər verir ki, bu iddia ilə Ermənistan mediası xəbər yayıb. Erməni mediasının iddiasına görə, 2015-ci ildə qondarma “erməni soyqırımının” 100 illiyi tamam olur və bu zaman Dağlıq Qarabağın müstəqilliyinin tanınması məsələsi daha da aktuallaşacaq. Azərbaycanın buna qədər Ermənistanın imkanlarını önləmək siyasəti yeritdiyini iddia edən erməni mediası Naxçıvandakı hərbi aktivliyin səbəbini bununla bağlayıb.
Xatırladaq ki, Naxçıvan istiqamətində atəşkəsi pozan Ermənistan silahlı qüvvələridir. İyunun 2-də Ermənistan hərbi birləşmələrinin atəşkəsi pozması nəticəsində Azərbaycan əsgəri Zaur Həsənov şəhid oldu. Azərbaycan isə yalnız 3 gün sonra – iyunun 5-də növbəti atəşkəs pozuntusunda cavab atəşi açdı və 2 erməni əsgəri öldürüldü. Bundan sonra isə Ermənistan silahlı qüvvələrinin Naxçıvan istiqamətində fəallaşdığı barədə yerli mənbələrə istinadla Azərbaycan mediası məlumat yayıb. Ermənistan tərəfinin bu “hərbi aktivliyin” səbəbkarı olaraq Azərbaycanı göstərməsinə baxmayaraq, atəşkəsin Ermənistan tərəfindən pozulduğunu iyunun ikisində baş verən hadisə də təsdiqləyir.
Qeyd edək ki, Azərbaycan Müdafiə Nazirlyi Naxçıvan istiqamətində Ermənistan silahlı qüvvələrinin hücum və ya hərbi aktivlik göstərdiyini təkzibləyib. Yeri gəlmişkən, erməni mediası da Ermənistanın Naxçıvan istiqamətində hərbi aktivliyini istisna edib və bu aktivliyin Azərbaycan tərəfindən göstərildiyini bildirib.
https://i0.wp.com/www.cumhuriyyet.net/wp-content/plugins/sociofluid/images/google_16.png?w=500 https://i0.wp.com/www.cumhuriyyet.net/wp-content/plugins/sociofluid/images/facebook_16.png?w=500 https://i0.wp.com/www.cumhuriyyet.net/wp-content/plugins/sociofluid/images/yahoobuzz_16.png?w=500 https://i0.wp.com/www.cumhuriyyet.net/wp-content/plugins/sociofluid/images/twitter_16.png?w=500

Short URL: http://www.cumhuriyyet.net/?p=8218

XƏBƏR LENTİ

virtual_roadi

Рейтинг@Mail.ru

Telefon:077 333 90 09
E-mail:cumhuriyyetqezeti@gmail.com;
Sayt "Yeni Cumhuriyyət" qəzetinin rəsmi internet saytıdır.
Saytın yazılarından istifadə olunan zaman istinad və yazının linkinin göstərilməsi zəruridir
Hazırladı - "QURDQANLI" DSGN

en son xeberler

Mart 2023
BE ÇA Ç CA C Ş B
 12345
6789101112
13141516171819
20212223242526
2728293031