Azərbaycanda yanğına davamlı evlər tikiləcək

08.06.2014 - 10:42

Yarımfabrikat evlərin gələcəkdə Orta Asiya ölkələrinə ixrac ediləcəyi nəzərdə tutulub
 
“Azərbaycanda təbii fəlakətlər zamanı əhalinin sığınacağı üçün yanğına davamlı yarımfabrikat evlər inşa olunacaq”.
ANS PRESS-in məlumatına görə, bu sözləri Fövqəladə Hallar Nazirliyinin
(FHN) Tikintidə Təhlükəsizliyə Nəzarət Dövlət Agentliyinin nəzdində
fəaliyyət göstərən “Kingspan-İzopoli” şirkəti sədrinin müavini Suat
Kıroğlu jurnalistlərə açıqlamasında deyib.
S.Kıroğlu qeyd edib ki, gələn ilin yanvarından başlayaraq Azərbaycanda
qısa müddətdə yığılıb sökülə bilən evlər üçün yanğına davamlı panellərin
istehsalına başlanacaq.
Bu məqsədlə FHN ilə müştərək müəssisə yaradılacaq. “Kingspan-İzopoli”
şirkətinin vəsaiti hesabına tikiləcək müəssisə 50 milyon avroya başa
gələcək.
Yarımfabrikat evlərin gələcəkdə Orta Asiya ölkələrinə – Qazaxıstan,
Türkmənistan və Qırğızıstana da ixrac ediləcəyi nəzərdə tutulub.
https://i0.wp.com/www.cumhuriyyet.net/wp-content/plugins/sociofluid/images/google_16.png?w=500 https://i0.wp.com/www.cumhuriyyet.net/wp-content/plugins/sociofluid/images/facebook_16.png?w=500 https://i0.wp.com/www.cumhuriyyet.net/wp-content/plugins/sociofluid/images/yahoobuzz_16.png?w=500 https://i0.wp.com/www.cumhuriyyet.net/wp-content/plugins/sociofluid/images/twitter_16.png?w=500

Short URL: http://www.cumhuriyyet.net/?p=8220

XƏBƏR LENTİ

virtual_roadi

Рейтинг@Mail.ru

Telefon:077 333 90 09
E-mail:cumhuriyyetqezeti@gmail.com;
Sayt "Yeni Cumhuriyyət" qəzetinin rəsmi internet saytıdır.
Saytın yazılarından istifadə olunan zaman istinad və yazının linkinin göstərilməsi zəruridir
Hazırladı - "QURDQANLI" DSGN

en son xeberler

Mart 2023
BE ÇA Ç CA C Ş B
 12345
6789101112
13141516171819
20212223242526
2728293031