Braziliyada xaos

08.06.2014 - 10:46

Braziliyada keçiriləcək dünya çempionatı təhlükə qarşısındadır.
Ölkədə davam edən etiraz aksiyaları San Pauloda daha da kritik həddə çatıb. Bu dəfə metro işçilərinin aksiyası ölkənin ən böyük şəhəri Sao Paulonu iflic edib. Aksiyaçılar prezident Rousseffin iqtisadiyyat sahəsində apardığı siyasətə qarşı çıxdıqlarını və problemlərinin milli yığma ilə olmadığını bildirərək, onlara dəstək olacaqlarını qeyd ediblər. Dünya çempionatına günlər qala yaşanan təzyiq getdikcə daha da yüksəlir. Çempionata xərclənən pullardan narahat olan minlərlə braziliyalı təhsil, səhiyyə və sosial sahələrə daha çox büdcə ayrılması tələbiylə küçələrə axışır. Gələcək cümə axşamı Braziliya-Xorvatiya arasında baş tutacaq dünya kubokunun açılış matçının keçiriləcəyi ölkənin ən böyük şəhəri San Pauloda ən azı 10 faiz maaşlarında artım istəyən metro işçiləri müddətsiz tətilə çıxıb. Tətil səbəbiylə böyük xaosun yaşandığı şəhərdə 4.5 milyon adamın istifadə etdiyi metro stansiyalarından yarıya qədəri bağlanıb. Metro stansiyalarının bir çoxunun bağlanması ölkədə tıxacların kəskin şəkildə artmasına səbəb olub.(axar.az)

Short URL: http://www.cumhuriyyet.net/?p=8222

XƏBƏR LENTİ

virtual_roadi

30.08.2024Uğurun memarı
Рейтинг@Mail.ru

Telefon:077 333 90 09
E-mail:cumhuriyyetqezeti@gmail.com;
Sayt "Yeni Cumhuriyyət" qəzetinin rəsmi internet saytıdır.
Saytın yazılarından istifadə olunan zaman istinad və yazının linkinin göstərilməsi zəruridir
Hazırladı - "QURDQANLI" DSGN

en son xeberler

Mart 2025
BE ÇA Ç CA C Ş B
 12
3456789
10111213141516
17181920212223
24252627282930
31