Naxçıvanla bağlı ziddiyyətli savaş xəbərləri…
Muxtar Pespublikadakı yerli
mənbələr Azərbaycan və Ermənistan ordularına məxsus döyüş
helikopterlərinin havaya qalxdığını, qarşılıqlı atəş açdıqlarını deyir;
Müdafiə Nazirliyi isə KİV-lərdə ermənilərin Naxçıvana hücumu ilə bağlı
yayılan xəbərlərin əsassız və yalan olduğunu bəyanlayıb
Ermənistanla sərhəd olan Ləkətaq kəndi istiqamətindən hücuma keçib.
Axar.az xəbər verir ki, bu barədə Kəmalə Bənənyarlı özünün facebook
səhifəsində yazıb.
ələ keçiriblər: “Kənd camaatı gecələr yatmır və döyüşlər gedir.
Məlumatın nə qədər doğru olduğunu bilmirəm”.
müxbiri Həkimeldostu Mehdiyev “Yeni Müsavat”a deyib ki, Sədərək
rayonunun Heydərabad kəndi ərazisində Miltəpə deyilən ərazidə döyüşlər
olub: “Hazırda sakitlikdir. Amma dünənə qədər günlərlə orta çaplı
silahlardan qarşılıqlı atəşlər açılırdı. Atışma düşmən səngəri ilə bizim
səngərimizin arasında olurdu. Hətta dünən (iyunun 6-da) həm bizim, həm
də erməni ordusunun hərbi vertolyotları havaya qalxıb, qarşılıqlı olaraq
atəş də açılıb. Erməni vertolyotundan açılan atəş kəndin yaxınlığındakı
dağa dəyib. Əməlli başlı döyüşlər gedib”.
iyunun 2-də itki verib: “Düşmənlə döyüşdə zabitimiz Zaur Həsənli şəhid
oldu. Ermənilərin itki verməsi haqda xəbər yoxdur”.
qoşunlarının köməyi ilə ələ keçirdikləri Kərki kəndindəki səngərlərdən
atəşə tuturlar.
Nazirliyi bildirir ki, cəbhənin müxtəlif istiqamətlərində sutka ərzində
atəşkəs rejimi ümumilikdə 31 dəfə pozulub. Erməni silahlı bölmələri
dünən və bu gecə Ermənistan Respublikasının İcevan rayonunun Berkaber
kəndində yerləşən mövqelərdən Qazax rayonunun Qızılhacılı kəndində,
Krasnoselsk rayonunun ərazisindəki adsız yüksəkliklərdə yerləşən
mövqelərdən Gədəbəy rayonunun ərazisindəki adsız yüksəkliklərdə yerləşən
mövqelərimizi atəşə tutublar.
rayonunun Yusifcanlı, Mərzili, Tərtər rayonunun Qızıl Oba, Göyarx,
Xocavənd rayonunun Kuropatkino, Cəbrayıl rayonunun Mehdili kəndləri
yaxınlığında, Goranboy rayonunun ərazisindəki adsız yüksəkliklərdə
yerləşən mövqelərdən də Silahlı Qüvvələrimizin mövqeləri atəşə tutulub. Düşmən cavab atəşi ilə susdurulub”.
məlumatlarda Naxçıvanda atəşkəs rejiminin pozulması haqda xəbər yoxdur.
Bununla belə sayta 3 iyun 2014-cü ildə “Şəhid əsgər Həsənli Zaur
Söhbətdin oğlu dəfn edilib” sərlöhvəsi altında xəbər yerləşdirilib.
nəticəsində şəhid olmuş əsgər Həsənli Zaur Söhbətdin oğlunun iyunun 3-də
Xırdalan şəhərində dəfn olunmasından bəhs edilir.
bağlı ictimaiyyətə geniş məlumat vermir. Döyüşlərin hansı səbəbdən
gizlədildiyini söyləmək çətindir, amma hər halda ölkənin bir hissəsində
günlərlə atəşkəs rejimi pozulursa, bu haqda mətbuata və xalqa ətraflı
bilgi vermək daha doğru olardı. Əks təqdirdə, bu barədə yayılan xəbərlər
xeyli yanlış və şişirdilmiş olur. Bu da müharibə şəraitindəki ölkənin
təhlükəsizliyi üçün ciddi təhdiddir.
Silahlı Qüvvələrinin Naxçıvan Muxtar Respublikasına hücum təşkil etməsi
barədə yayılan məlumatlara rəsmi aydınlıq gətirib.
həmin məlumatda bildirilir ki, “Bu gün bəzi elektron kütləvi informasiya
vasitələri anonim “yerli kənd sakinlərinə” və sosial şəbəkələrdəki
istifadəçilərə istinadən guya Ermənistan Respublikasının Silahlı
Qüvvələrinin Naxçıvan Muxtar Respublikasına hücum təşkil etməsi barədə
məlumat yayıb.
xarakterli məlumatların yayılmasında və ictimaiyyətimiz arasında
çaşqınlıq cəhdinin göstərilməsində məhz Ermənistanın maraqlı olması
şübhəsizdir.
istiqamətdə vəziyyət sabitdir və əməliyyat şəraiti Silahlı Qüvvələrin
tam nəzarəti altındadır”.
Short URL: http://www.cumhuriyyet.net/?p=8225