Əmanətçilər banklardan pullarını götürür

08.06.2014 - 11:01
Bir ay ərzində hesablardan 100 milyon manata yaxın vəsait çıxarılıb

Xarici əmanətçilər iflasa uğrayan Royal Bankın sığortasız əmanətləri
ilə bağlı qalmaqaldan sonra əmanətlərini çıxarmağa başlayıb. Iran
vətəndaşları 100 mln manat ziyana düşüb. Bu barədə concact.az məlumat
yayıb.

Mayın 1-i üçün banklarda əmanət və depozit həcmi 13 mlrd 615,6 mln
manat (+9,1 faiz) olub. Azərbaycan banklarının məcmu aktivləri 1 may
2014-cü il üçün 22 mlrd. 9,5 mln manatdır. Mərkəzi Bankdan verilən
məlumata görə, bu, yanvardakından (20 mlrd 385,1 mln manat) 8 faiz
çoxdur. Bankların kreditləri 15 mlrd 775,6 mln manat (+5,2 faiz), xüsusi
kapital 3 mlrd 605,4 mln manat (+5,2 faiz) olub.

Mayın əvvəli üçün Azərbaycan bankları əhalidən 6 mlrd 569,9 mln manat
əmanət cəlb edib (+2,7 faiz). Amma vəsaitlərin kütləvi çıxarılması da
diqqəti cəlb edir –  mənfi 1,3 faiz.  1 aprel üçün əhalinin əmanətləri 6
mlrd 656,3 mln manat idi. Beləliklə, hesablardan 100 milyon manata
yaxın vəsait çıxarılıb.   

Əmanətlərin banklardan çıxarılmasının bir səbəbi Royal Bankla bağlı
qalmaqaldırsa, başqa səbəbi Azərbaycanda 20-yə yaxın yaxın bankın
bağlanma təhlükəsilə üzləşməsidir. Qeyd edək ki, Mərkəzi Bankın rəhbəri
Elman Rüstəmov bir müddət əvvəl bəyan etmişdi ki, nizamnamə kapitalı 50
milyondan az olan banklara lisenziya verilməyəcək. Bu isə Azərbaycanda
xeyli bankın fəaliyyətini dayandıra biləcəyi təhlükəsi yaradıb. Yeri
gəlmişkən, bankların likvidlik problemi də var. Bu da Azərbaycan
banklarına pul yatırma rsikini artırır. Başqa bir səbəb isə siyasi
proseslərlə bağlıdır. Azərbaycan strateji seçim ərəfəsindədir. Bu isə
Azərbaycanda müəyyən siyasi proseslərin baş verəcəyini şərtləndirir.
Ölkədə hər hansı siyasi təbəddülatlar isə təbii ki, iqtisadiyyata, o
cümlədən bank sektoruna təsirsiz ötüşməyəcək. Belə halda Azərbaycan
banklarının əmanətçilər üçün etibarlılığı minimuma düşür.

Short URL: http://www.cumhuriyyet.net/?p=8227

XƏBƏR LENTİ

virtual_roadi

30.08.2024Uğurun memarı
Рейтинг@Mail.ru

Telefon:077 333 90 09
E-mail:cumhuriyyetqezeti@gmail.com;
Sayt "Yeni Cumhuriyyət" qəzetinin rəsmi internet saytıdır.
Saytın yazılarından istifadə olunan zaman istinad və yazının linkinin göstərilməsi zəruridir
Hazırladı - "QURDQANLI" DSGN

en son xeberler

Mart 2025
BE ÇA Ç CA C Ş B
 12
3456789
10111213141516
17181920212223
24252627282930
31