Azərbaycan Avrasiya İttifaqına üzv ola bilərmi?

08.06.2014 - 11:04

“Rusiyanın xarici siyasətinin əsas məqsədlərindən biri Avrasiya
Iqtisadi Ittifaqını gücləndirməkdir. Rusiya çalışır ki, Azərbaycanı da
həmin birlikdə görsün. Prinsip etibarilə bu ittifaq Azərbaycana heç nə
verə bilməz. Çünki Azərbaycanın sənayesi, çeşidli məhsulları, bazar
iqtisadiyyatı yox səviyyəsindədir”.

Zərdüşt Əlizadə: “Rusiya qonşu dövlətləri təsiri altına almaq üçün bu ittifaqda bir araya yığmaq istəyir”

Bunu “modern.az”a politoloq Zərdüşt Əlizadə Rusiya-Azərbaycan
münasibətlərinin perspektivini şərh edərkən deyib. Onun sözlərinə görə,
Rusiyanın xarici siyasətində qonşu dövlətləri öz təsiri altına almaq
iddiaları var. Ekspert hesab edir ki, Rusiya buna görə həmin ölkələri
rəsmi ittifaqda bir araya yığmaq niyyətindədir.

Z.Əlizadə bildirib ki, Avrasiya Iqtisadi Ittifaqı kimi rəsmi
birliklərin qorxusu yoxdur: “Hazırda Azərbaycan bir neçə iqtisadi
birliyin üzvüdür. Buna görə də biz həmin beynəlxalq təşkilata daxil ola
bilərik”.

Nurəddin Məmmədli: “Yalnız Qərbə inteqrasiyanı ölkənin strateji siyasətinin əsas konturu kimi qəbul etməliyik”

AXCP sədrinin müavini Nurəddin Məmmədli isə bildirir
ki, Azərbaycanın gələcək inkişaf yolu yalnız Qərbə inteqrasiyadan
keçir: “Biz iki mühüm məsələni ziddiyyət səviyyəsinə qaldırmamalıyıq.
Siyasi, hərbi və iqtisadi cəhətdən Qərbə inteqrasiyanı, Qərb
istiqamətini əsas prioritet kimi qəbul etməliyik. Eyni zamanda,
gələcəkdə inkişafı təmin etmək üçün qonşularımızla da yaxşı əlaqələrin
qurulmasında maraqlı olmalıyıq. Xüsusilə iqtisadi sferada Rusiya ilə,
Iranla, eləcə də Orta Asiya respublikalarıyla normal əməkdaşlıq
şəraitinin yaradılması Azərbaycanın gələcək inkişafına təkan verər.
Ancaq mən Azərbaycanın Rusiyanın gələcəkdə ölkələrin həm iqtisadi, həm
siyasi cəhətdən müstəqilliyinə xələl gətirən Gömrük Ittifaqına və
Avrasiya Ittifaqına qoşulmasını perspektiv baxımdan normal hesab
etmirəm”.

Nurəddin Məmmədli fikrini belə əsaslandırır ki, Rusiyanın son illərdə
bu strukturu formalaşdırmaqda məqsədi Avropaya inteqrasiya yolunda olan
ölkələri yolundan çəkindirərək, öz təsir dairəsində saxlamaqdır: “Bu
gün Avrasiya Ittifaqı əsasən iqtisadi struktur kimi təqdim olunur. Ancaq
tarixi təcrübə göstərir ki, Rusiya keçmiş SSRI məkanında bu gün mövcud
olan müstəqil dövlətlərin siyasi cəhətdən müstəqilliyinə təhlükə yaradan
ideyaların əsas mərkəzi kimi fəaliyyət göstərir. Ona görə də hər hansı
ittifaqa qoşulmadan, Rusiya ilə əlaqələrin yaxşılaşdırılmasının
qayğısına qalmaqla birlikdə, yalnız Qərbə inteqrasiyanı ölkənin strateji
siyasətinin əsas konturu kimi qəbul etməliyik”.

Short URL: http://www.cumhuriyyet.net/?p=8229

XƏBƏR LENTİ

virtual_roadi

30.08.2024Uğurun memarı
Рейтинг@Mail.ru

Telefon:077 333 90 09
E-mail:cumhuriyyetqezeti@gmail.com;
Sayt "Yeni Cumhuriyyət" qəzetinin rəsmi internet saytıdır.
Saytın yazılarından istifadə olunan zaman istinad və yazının linkinin göstərilməsi zəruridir
Hazırladı - "QURDQANLI" DSGN

en son xeberler

Mart 2025
BE ÇA Ç CA C Ş B
 12
3456789
10111213141516
17181920212223
24252627282930
31