DÇ-2014 Braziliyada olmayacaq?
FİFA-nın bir neçə nümayəndəsi anonim şəkildə bəyan ediblər ki,
Braziliya futbol üzrə dünya çempionatını qəbul etməyə hazır deyil.
Musavat.com xəbər verir ki, bu barədə məlumatı Estadao nəşri yayıb.
“Bizim
indi gördüklərimiz yolverilməzdir. Hətta, minimal təhlükəsizlik
təminatını da təsəvvür edə bilmərik. Bu, çox pisdir. Biz şübhələnirdik
ki, heç də hər şey ideal olmayacaq. Lakin belə problemlərin olacağını
ağlımıza gətirmirdik”, – FİFA nümayəndələri deyiblər.
“Biz
çempionatı bütün planetə necə göstərəcəyik ki, bir sıra stadionlar test
sınağından keçirilməyib. Bədbəxt hadisə baş versə, bunun məsuliyyətini
kim daşıyacaq?”, – onlar əlavə ediblər.
FİFA
nümayəndələri hesab edirlər ki, tətillər böyük problem yarada bilər.
Məsələn, ötən gün San-Pauluca metro işçiləri tətil ediblər və nəqliyyat
kollapsı yaranıb. Metro hər gün 4,5 milyona yaxın sərnişin daşıyır.
Short URL: http://www.cumhuriyyet.net/?p=8231