Lavrov Qarabağa görə Bakıya gəldi

08.06.2014 - 12:21

“Dağlıq Qarabağla bağlı müzakirələrdə son nəticəyə məhz İlham Əliyev-Putin görüşündə gəlinəcək”.
Avropa.info
xəbər verir ki, bu sözləri Axar.az-a politoloq Qabil Hüseynli Rusiya
Xarici İşlər naziri Sergey Lavrovun Bakıya gözlənilən səfərini şərh
edərkən deyib.
O, Lavrovun Bakıya Putinin xüsusi təlimatı ilə gəldiyini bildirib:”Lavrovun
Bakıdakı görüşlərinin əsasını sırf Dağlıq Qarabağla bağlı mövzular
tutacaq. Mən onunla danışıqları çox da asan hesab etmirəm. Onu Putinin
təlimatlandırmağına baxmayaraq, Lavrovun ermənilərlə yaxın qohumluq
əlaqələrinə malik olması danışıqlar prosesində müəyyən diplomatik
fəndlərə əl atmasına səbəb ola bilər. Amma Azərbaycan siyasi rəhbərliyi
Putinlə birbaşa təmaslarda olub və məhz ondan sonra danışıqlar prosesinə
start verilib. Müzakirələrlə bağlı son nəticəyə isə məhz İlham
Əliyev-Putin görüşündə gəlinəcək. Ona görə də Lavrovun səfəri zamanı
Azərbaycan diplomatiyasını çətin sınaqlar gözləyir. Çox güman ki, bu
danışıqlarda hər iki tərəf bir-birini üstələməyə çalışsın. Amma ehtiyatı
hər zaman əlimizdə saxlamalıyıq. İndi elə bir situasiya yaranıb ki,
hazırda kimsənin kimisə aldada bilməsi asan məsələ deyil. Ümumiyyələ,
Lavrovun səfəri zamanı müəyyən nəticələr əldə ediləcək”.
Politoloq həmçinin Rusiyada silah alınmasına toxunub və bu prosesin davam edəcəyini bildirib.
Qeyd
edək ki, Rusiyanın Xarici İşlər naziri Sergey Lavrovun iyun 17-18-də
Bakıya səfəri gözlənilir. Ekspertlər səfər zamanı Lavrovun Azərbaycan
rəhbərliyi ilə Avrasiya İttifaqı və Dağlıq Qarabağı müzakirə edəcəyini
bildirirlər.
https://i0.wp.com/www.cumhuriyyet.net/wp-content/plugins/sociofluid/images/google_16.png?w=500 https://i0.wp.com/www.cumhuriyyet.net/wp-content/plugins/sociofluid/images/facebook_16.png?w=500 https://i0.wp.com/www.cumhuriyyet.net/wp-content/plugins/sociofluid/images/yahoobuzz_16.png?w=500 https://i0.wp.com/www.cumhuriyyet.net/wp-content/plugins/sociofluid/images/twitter_16.png?w=500

Short URL: http://www.cumhuriyyet.net/?p=8232

XƏBƏR LENTİ

virtual_roadi

30.08.2024Uğurun memarı
Рейтинг@Mail.ru

Telefon:077 333 90 09
E-mail:cumhuriyyetqezeti@gmail.com;
Sayt "Yeni Cumhuriyyət" qəzetinin rəsmi internet saytıdır.
Saytın yazılarından istifadə olunan zaman istinad və yazının linkinin göstərilməsi zəruridir
Hazırladı - "QURDQANLI" DSGN

en son xeberler

Oktyabr 2024
BE ÇA Ç CA C Ş B
 123456
78910111213
14151617181920
21222324252627
28293031