Azərbaycan daha bir biznesmeni beynəlxalq axtarışa verib
Azərbaycan daha bir türkiyəli iş adamını beynəlxalq axtarışa verib.
Lent.az-ın İnterpol-a istinadən verdiyi məlumata görə, Türkiyə vətəndaşı
olan 42 yaşlı Burak Bilgili ölkəmizdə qeyri-qanuni biznes fəaliyyəti
göstərməkdə təqsirli bilinir. Onun fotosu və anket məlumatları
beynəlxalq polis idarəsinin ofisinə göndərilib.
Qeyd edək ki, Azərbaycanın hüquq-mühafizə orqanlarının sorğuları
əsasında İnterpol vasitəsi ilə 15-dən artıq türkiyəli iş adamı
beynəlxalq axtarışa verilib. Onlar əsasən vergidən yayınma və
qeyri-qanuni biznes fəaliyyətində təqsirləndirilir
Short URL: http://www.cumhuriyyet.net/?p=8239