“İndiyə qədər danışmamışam, daha susmayacağam”

08.06.2014 - 15:21

Rəşid Behbudovun qızı Rəşidə xanım səssizlikdən artıq bezdiyini dilə gətirdi.
ANS PRESS-in məlumatına görə, o bildirdi ki, bizim ailəyə kimsə nəsə etmək istəsəydi, bu günə qədər edərdi.
“Sözün düzünü desəm, bütün bunlardan bezmişəm. Artıq 25 ildir ki,
Azərbaycan mədəniyyətinin səviyyəsi, karifeyi həyatda yoxdur. Dünyaya
ikinci dəfə Rəşid Behbudov gəlməyəcək. Heç kim zəng vurub maraqlanmır,
Rəşid Behbudovun adını daşıyan teatrdan belə bir hərəkət yoxdur. 25
ildir ki, səsimi çıxartmıram, bundan sonra susmayacam!”, – deyə Rəşidə
xanım etirazını bildirdi.
Rəşidə xanım atasının anım gününü ailə olaraq bir araya toplanıb qeyd
edəcəklərini dedi: “Mədəniyyət Nazirliyi tərəfindən hər hansı bir tədbir
olacaq, ya yox, bu barədə mənə heç kim heç nə deməyib. Əgər siz özünüz
teatr və nazirliklə maraqlansaydınız ki, nəyə görə, Rəşid bəyin ailəsi
yada salınmır, çox gözəl olardı. Mən ancaq sizə güvənirəm, ümüd edirəm
ki, siz səs salsanız, tədbir görən olacaq”.
Söhbətimizdən belə məlum oldu ki, karifeyin layiq olduqu diqqət nə onun əziz xatirəsinə, nə də ki, qızına göstərilir.
Qeyd edək ki, sənəti ilə özünü və Azərbaycanı dünyaya tanıdan dəyərli
karifey sənətkar Rəşid Behbudov artıq 25 ildir ki, bizimlə deyil. O, 9
iyun 1989-cu ildə 73 yaşında bizi tərk etsə də, əvəzedilməz ifalarını
miras qoyub getdi.
Xatırladaq ki, Rəşid Behbudov 1915-ci il dekabrın 14-də Tiflisdə xanəndə
Məcid Behbudalı oğlunun ailəsində dünyaya gəlib. SSRİ-nin xalq artisti,
SSRİ və Azərbaycan Dövlət Mükafatları laureatı, Sosialist Əməyi
Qəhrəmanı, Dağıstanın xalq artisti, Gürcüstanın əməkdar incəsənət xadimi
kimi yüksək dərəcəli fəxri adlara layiq görülüb.
Uşaq yaşlarından məktəb xorunda oxuyan Rəşid Behbudov tələbəlik dövründə
tələbə özfəaliyyət orkestrində çalışıb. Hərbi xidməti zamanı ordu
ansamblının solisti olan R. Behbudov, əsgəri xidmətdən sonra Tiflisin
estrada qruplarından birində solistlik edir.
1943-cü ilin sonunda Bakı kinostudiyasında Üzeyir Hacıbəyovun eyniadlı
operettasının motivləri əsasında çəkilən “Arşın mal alan” filmində baş
rola dəvət alır. 1945-ci ildə film efirə çıxır və çox tez bir zamanda
nəinki Azərbaycanda, bütün Sovet İttifaqında böyük populyarlıq qazanır.
1946-cı ildə bu filmdəki Əsgər roluna görə Rəşid Behbudov “Stalin
mükafatı” ilə təltif olunur.
1949-cu ildə Budapeştdə keçirilən Gənclərin və tələbələrin Ümumdünya
festivalında çıxış edir. 1946-1956-ci illərdə Azərbaycan Dövlət
Filarmoniyasının, 1953-1960-cı illərdə fasilələrlə M.F.Axundov adına
Azərbaycan Dövlət Opera və Balet Teatrının solisti, 1957-1959-cu illərdə
Azərbaycan Dövlət Konsert Ansamblının təşkilatçısı və rəhbəri olub.
1966-cı ildən musiqi və estrada sənətinin caz, balet, pantomim kimi
müxtəlif janrlarını üzvi surətdə birləşdirən Azərbaycan Dövlət Mahnı
Teatrını təşkil etmiş və ömrünün sonunadək onun solisti və bədii rəhbəri
olub.
Bütün Sovet respublikaları ilə yanaşı Argentina, Bolqarıstan, Belçika,
Çili, Çin, Efiopiya, Finlandiya, Hindistan, İran, İraq, İtaliya, Misir,
Türkiyə və s. ölkələrdə geniş repertuarla çıxış edən R. Behbudov,
Azərbaycan xalq mahnılarının və Azərbaycan bəstəkarlarının vokal
əsərlərinin xarici ölkələrdə populyarlaşmasında çox böyük rol oynayıb.
R. Behbudov Hindistana səfəri haqqında “Uzaq Hindistanda” kitabını
yazıb.
1959-cu ildə ona SSRİ Xalq artisti, 1980-ci ildə Sosialist Əməyi
Qəhrəmanı adı verilib. SSRİ-nin Lenin Ordeni, Qırmızı Əmək Bayrağı,
Xalqlar Dostluğu ordenləri ilə təltif olunub, bir sıra xarici ölkələrin
dövlət mükafatlarına layiq qörülüb.

Dahi sənətkar 1989-cu il iyunun 9-da Moskva şəhərində vəfat edib.




Short URL: http://www.cumhuriyyet.net/?p=8246

XƏBƏR LENTİ

virtual_roadi

30.08.2024Uğurun memarı
Рейтинг@Mail.ru

Telefon:077 333 90 09
E-mail:cumhuriyyetqezeti@gmail.com;
Sayt "Yeni Cumhuriyyət" qəzetinin rəsmi internet saytıdır.
Saytın yazılarından istifadə olunan zaman istinad və yazının linkinin göstərilməsi zəruridir
Hazırladı - "QURDQANLI" DSGN

en son xeberler

Aprel 2025
BE ÇA Ç CA C Ş B
 123456
78910111213
14151617181920
21222324252627
282930