Lukaşenko Ukraynada separatçıları məhv etməyə çağırdı
Belarus prezidenti Alkesandr Lukaşenko Ukraynada ərazi bötüvlüyünə qarşı çıxan silahlılara qarşı sərt addımlara çağırıb.
“Hesab edirəm ki, Ukrayna hökuməti ölkənin şərqində sərt addımlar
atmalıdır. Ukraynalılara qarşı silahla çıxan şəxslər məhv edilməlidir.
Lakin əməliyyatlar dəqiq və ağılla həyata keçirilməlidir”, – deyə o
Ukrayna mediasın bildirib.
Lukaşenko deyib ki, Ukraynada problemin sülh yolu ilə həllində
vasitəçi olmaq istəmir. “Hesab edirəm ki, ukraynalılar ağıllı
insanlardır. Onlar problemlərini özləri həll edə bilərlər”.- deyə o,
qeyd edib.
Belarus prezidenti şəcərəsinin Ukraynaya gedib çıxdığı haqda məlumat
da verib: “Ukrayna mənim üçün yad deyil. Çünki mənim köklərim Ukraynaya
gedib çıxır”.
“Heç bir vasitəçilik missiyası üzərimə götürmədən, Ukraynada
problemin həlli üçün əlimdən gələni etməyə hazıram” deyən Lukaşenko
sonda jurnalistlərlə zarafat da edib: “Unutmayın ki, Avropanın sonuncu
diktatoru ilə danışırsız”.
azadliq.info
Short URL: http://www.cumhuriyyet.net/?p=8260