Trampdan Gülənin məktubuna – Şok cavab
FETÖ təşkilatı ABŞ-ın yeni seçilmiş prezidenti Donald Trampla əlaqə qurmağa çalışır. Təşkilatın ABŞ imamı İsmayıl Böyükçələbi FETÖ-ya yaxınlığı ilə bilinən Demokratlar Partiyasının Nyu Cersidən olan senatoru Kori Buker vasitəsilə Donald Trampın köməkçisi Mik Pensə məktub göndərib.
Məktubda təşkilat rəhbərliyinin Donald Trampla görüşmək istədiyi qeyd olunub.
Məktub Trampa təqdim olunub və 1 həftədən sonra FETÖ-ya rəsmi cavab verilib.
Pens telefonla Bukerə zəng edərək belə cavab verib: “Cənab prezident terror təşkilatının rəhbəri ilə eyni masada oturmaz, görüş mümkün deyil”.
Trampdan aldığı cavabdan çox məyus olan təşkilat rəhbərliyi təcili toplantı keçirib, görüş üçün başqa variantları müzakirə edib.
Trampın diqqətini çəkmək istəyən FETÖ “Qolf variantı” üzərində durub. Təşkilata yaxın ABŞ-da fəaliyyət göstərən iş adamlarına Trampın Nyu Cersidə yerləşən “Tramp Nəşnl Qol Klub”una üzv olmaq göstərişi verilib. (Axar.az)
Short URL: http://www.cumhuriyyet.net/?p=82612