Nazirlikdən müəllimlərə təsəlli
“Sınaq qiymətləndirilməsinin nəticələrinə görə heç bir müəllim
sistemdən kənarlaşdırılmayacaq”
Bakı şəhərində yerləşən dövlət ümumtəhsil müəssisələrində
fəaliyyət göstərən müəllimlərin peşəkarlıq səviyyəsinin
qiymətləndirilməsi və əlavə təlim ehtiyaclarının müəyyənləşdirilməsi
məqsədilə 10-13 iyun, 2014-cü il tarixlərində müəllimlərin bilik və
səriştəsinin sınaq qiymətləndirilməsi aparılacaq.
Təhsil Nazirliyinin rəsmi facebook səhifəsində xəbər verilir
ki, bu məqsədlə Bakı Şəhəri üzrə Təhsil İdarəsinin əməkdaşları
tərəfindən son hazırlıqlar görülür, müəllimlərin qaynar xəttə etdikləri
müraciətlər və idarənin rəsmi facebook səhifəsində verilən suallar
cavablandırılır və bu barədə çıxan narahatlıqlar operativ olaraq aradan
qaldırılır: “Çoxsaylı müraciətlərə əsasən əldə olunan məlumata görə,
bəzi məktəb rəhbərliyində olan şəxslər sınaq qiymətləndirilməsinin
nəticələrindən gələcəkdə müəllimlərə qarşı təzyiq vasitəsi kimi istifadə
edəcəklərini bildirirlər. Bununla əlaqədar bildirik ki, əslində sınaq
qiymətləndirilməsinin mahiyyəti, məqsədi müəllimləri hədə, qınaq
obyektinə çevirmək yox, onların peşəkar inkişaf istiqamətlərini, karyera
inkişafını müəyyənləşdirmək, nəticəyönümlü əməkhaqqı sistemini
stimullaşdırmaq, təhsilverənin daim öz bilik və bacarıqlarını artırması
üçün münbit şərait yaratmalıdır.
Sınaq qiymətləndirilməsinin nəticələrinə görə heç bir müəllim
sistemdən kənarlaşdırılmayacaq. Sınaq qiymətləndirilməsindən keçməmə
anlayışı yoxdur, çünki burada hər hansı bir keçid minimumu
müəyyənləşdirilməmişdir. Aşağı nəticə göstərmiş müəllimlərimizin
peşəkarlıq səviyyəsinin qaldırılması üçün müxtəlif mexanizmlər tətbiq
ediləcək.
birbaşa Bakı Şəhəri üzrə Təhsil İdarəsinin nəzarətindədi. Bildiririk
ki, bu kimi mənfi hallara qarşı mövqeyimiz qəti və barışmaz olacaq”
Short URL: http://www.cumhuriyyet.net/?p=8262